Search is not available for this dataset
text
stringlengths
10
518k
Dedi ki, son vaxtlar teatra maraq artıb, xüsusən gənclər teatra gəlməkdə maraqlıdırlar.
- Hacı müəllimə uzun ömür arzulayıram.
O, bizim ağsaqqal dostlarımızdandır.
Mən “Yuğ” Teatrında olandan elə bir tamaşamız olmayıb ki, orada bir boş yer olsun.
Ona görə yox ki, məkanımız dardır, 45-50 nəfərlik tamaşaçı tutumu olan bir zalımız var.
Mən ara-sıra imkanım olduqca başqa teatrlara da gedirəm, görürəm ki, zallar doludur.
Teatrı sevən, teatrı diqqətində saxlayan bir teatral cəmiyyətimiz var.
60 yaşı var, sual verirsən ki, teatra nə zaman getmisən, deyəcək tələbə vaxtı"- Onda biz rahatlıqla deyə bilərik ki, teatr sahəsində canlanma başlayıb?
- Teatr sahəsində həmişə canlanma olub.
Əgər səhnədə canlı əsərlər, ruhu, canı olan tamaşalar olubsa, ora mütləq diqqət və axın olub.
Bir tamaşanın ki, canı yoxdur və nəyinsə xətrinə o səhnə qurulub, o tez sıradan çıxıb gedib, onun tamaşaçısı olmayıb.
Teatr yoxdur, teatr ölüb - bunu o insanlar deyir ki, onlar ümumiyyətlə teatra getmirlər.
60 yaşı var, sual verirsən ki, teatra nə zaman getmisən, deyəcək tələbə vaxtı.
Bax belə insanlar deyir ki, teatr ölüb, teatra gedən yoxdur.
Onda həmin adamlara demək lazımdır ki, bəlkə gəlib görəsiniz, bir dəfə övladlarınızı da götürüb teatrın qapısını açasınız.
Mən həmişə demişəm ki, əgər insanlar istəyirsə, övladları, nəvələri mükəmməl insanlar olsunlar, mütləq onları teatra aparmalıdırlar.
- Teatrda canlılıq məsələsinə xüsusi olaraq toxundunuz.
Nədir teatrda sözügedən canlılığı, peşəkarlığı səciyyələndirən əsas xüsusiyyətlər?
Bayaq dedik hər kəs istedadlı doğulur.
Yetər ki, o istedadı zamanında kəşf etsin, əvvəl özü, sonra isə keçdiyi məktəb.
Bunlar tam olanda biz aktyoru həm şəxsiyyət kimi, həm də sənətkar kimi sevirik.
Bəzən aşağı balla tələbələrin universitetə qəbul olması müzakirə mövzusu olur, mən düşünürəm ki, əgər insan hədəfləyibsə, incəsənət universitetində oxuyub yetişməyi, onda onun üçün 200 bal da kifayət edir.
Bal göstərici deyil, 200 bal dediyimiz böyük bir təhsilin sadəcə bir mərhələsidir.
Yerdə qalan isə çalışmaq və böyük zəhmətin nəticəsində başa gəlir.
- Qasım müəllim, səhnə nəyi sevmir?
- Səhnə xəyanəti, ədəbsizliyi, riyakarlığı, badalağı, qısqanclığı, həsədi sevmir.
Səhnənin sevdiyi tək bir şey var.
- Səhnəyə xəyanət edənlər çox olub?
- Ehh..(köks ötürür) O qədər xəyanətlər olub ki...Böyük səhnəyə də olub, adi bir səhnəyə də.
Olduqca çox kiçik bir detalı deyirəm.
Baxıb görür ki, yerə bir mismar qırıntısı düşüb.
Sabah özü, ya sənət dostu o səhnədə oynayacaq.
O adam əyilib o mismar qırıntısını götürmürsə, bu, onun xəyanətidir.
Çünki o qırıq mismar sabah yox, birisigün öz ayağına batacaq.
Həddindən artıq kompleksli insanam"- Tez-tez deyirlər ki, incəsənət fədakarlıq tələb edir, amma həm də Azərbaycanda aktrisaların tərəf müqabili məsələsində zaman-zaman problemlər olur.
Hətta bəzi yaxınlıq tələb edən səhnələri oynamağa çəkinirlər.
- Çox zərif sualdır, o səbəbdən ki, mənim həyat yoldaşım da aktrisadır.
Amma bu tərəfdən şansım gətirib.
Mən həddindən artıq kompleksli insanam.
Səhnədə qadın aktrisa ilə yaxınlaşmaq, qucaqlaşmaq və bu kimi digər səhnələr mənim bacarmadığım şeylərdir.
İndi baxırıq da xarici filmlərə, xarici tamaşalara.
İlahi, insanlar elə səhnələr yaradırlar ki, meydanda yalnız sənət qalır və mən bunu həmişə alqışlamışam.
Orada heç bir intim məqam görünmür.
Mən isə ona görə şanslıyam ki, belə səhnələri həyat yoldaşım Natəvan Qeybani ilə oynamışam.
- Tərəf müqabiliniz heçmi başqa bir xanım aktrisa olmayıb?
- Açığı bizdə elə tamaşalar da qoyulmayıb.
Vaqif müəllim bir səhnə əsəri işləmişdi.
Aktrisa ikiqat şəffaf üzlüyün fonunda bir anlıq soyunub-geyinir.
Tamaşada iştirak edən 8-9 aktyor, yəni biz o səhnəni görmürdük.
Rejissor onu elə qurub, baxışlarımızı elə yönləndirib ki, onu ancaq tamaşaçı görürdü.
Rejissor ona tablo kimi yanaşmışdı.
O vaxt müzakirələr zamanı kinoşünas Ayaz Salayevə “səhnə ilə bağlı siz nə deyə bilərsiniz?” sualı verdilər.
Bilirsiniz, Ayaz Salayev o qədər yaradıcı və sənətsevər insandır ki.
Ona görə də, o səhnə sadəcə bir kadr kimi Ayaz Salayev üçün ötüb keçmişdi.
Amma insanlar vardı ki, məhz o səhnəyə görə tamaşaya gəlib dəfələrlə baxırdılar.
Ananla, həyat yoldaşınla, qızınla oturub rahat baxdığın əsər sənətdir"- Qasım müəllim, buradan o qənaətə gəlirik ki, onda bizim ən böyük problemlərimizdən biri sənətə sənət kimi yanaşmamaqdır.
Yersiz müzakirələr, replikalar və s.Maraqlıdır ki, bu, sadəcə Azərbaycan səhnəsinin problemidir, yoxsa dünyada da belədir?
- Əvvəla, dünya əxlaqsızlığı təbliğ etmir.
Sənət olmayanda bu kimi məsələlər ortaya çıxır, müzakirəyə çevrilir.
Bir dəfə rəhmətlik Vaqif müəllimlə “Canımda can” tamaşası barədə danışırdıq.
Onda mənə dedi ki, ananla, həyat yoldaşınla, qızınla oturub rahat baxa bildiyin tamaşa, film əsl sənət əsəridir.
Hərdən deyirlər ki, getdim filan ekran əsərinə baxdım, utandım, yerə girdim.
Daha maraqlı, daha gözəl, insanların marağına qida ola biləcək gözəlliklər yaradın da.
Mahnıda necə deyilir:“Hər şey gözəldir həyatda, özün bir zərrə gözəllik yarada bilsən”.
- “Yad gəlin” serialında da xanımınız, aktrisa Natəvan Qeybani ilə birlikdə rol almısınız.
Müsahibənizin birində demisiniz ki, bu serial təklifini ona görə qəbul etmisiniz ki, bəsit deyildi.
- Əvvəla, sözügedən serialda peşəkar qrup vardı.
İki şərt artıq bizim xeyrimizə idi.Ssenarisi isə olmuş bir hadisə əsasında tərtib olunmuşdu.
Nə yaxşı ki, bir mövsüm çalışdıq.
- Serial 165 seriyadan ibarətdir.
İlk seriyasına kollektivlə birgə baxdıq, maraqlı gəldi, çünki təcrübəmiz o qədər də yox idi.Sonra bir seriyada bizim Oqtay Mehdiyevlə çox gözəl bir dialoqumuz vardı, məhz ona görə baxdım.
Birinə təsadüfən qonaq getmişdik, ailə baxırdı, biz də məcbur baxdıq.
Bir də Natəvan xanımla olan final səhnəmizə baxmışam.
Belə… Bəsit deyirsiniz ha, hətta, “Yad gəlin”in özü belə zəif idi.Niyyətim işi pisləmək deyil.
İnsanlar əziyyət çəkirdi, yaxşı səhnələr də var idi, gündəlik serial olsa belə, xalq baxırdı.
Amma mənə görə, çox məişət səviyyəsində idi.Çünki əvvəli yaxşı başladı, sonra imkansızlıqdan büdcə filan, biz də gəldik yaxınlaşdıq divanlara.
Mən “divan serialları” janrı deyirəm onlara, çox divanlaşdırmışıq, heç qalxmırıq.
Ona görə də yaxşı ki, bir mövsümdə çəkildik deyirəm.
Amma uğurlu seriallardan sayıram “Simurq”u.
Mən işıqlı serial silsiləsində ilk onun adını çəkərdim.
Bütün hallarda ümidliyəm, yaxşı işlər var və olacaq.
35 ildir binası olmayan “Yuğ” Teatrı"- Doğum gününüzdə özünüzə ən çox nə arzu edirsiniz?
- Millətimizi və dövlətimizi daim müzəffər görmək istəyirəm.
Ən xırda arzulardan biri odur ki, ən çox sevdiyim, doğma teatrım - “Yuğ”un binası olsun.
Bu özəl dəst-xəti olan, Azərbaycan teatr tarixində özəl yeri olan teatrın binasız qalmağını nə bizə, nə də mədəniyyət sektoruna heç cürə yaraşdırmıram.
Həmişə ümidliyəm ki, bu problem bu günlərdə, bu saatlarda həllini tapacaq.
Çünki o teatr Azərbaycan mədəniyyətinə dəyərli insanlar bəxş edib.
Onlar həyatlarını bura həsr ediblər.
Bu il teatrın 35 illiyi olacaq, ümid edirəm ki, teatrımızın bu il binası olacaq.
Qalanı da, nə arzulaya bilərəm ki, ölkəmə ancaq sülh və firavanlıq arzu edirəm.
Hələlik arzularım bunlardan ibarətdir.
Fransanın paytaxtı Parisdəki “La Bourse du travail” Həmkarlar İttifaqı Mərkəzinin binasında Yeni Kaledoniyanın müstəqillik tərəfdarı olan kanak xalqının nümayəndəsi senator Rober Ksovinin, eləcə də Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) nümayəndə heyətinin iştirakı ilə “Kanak xalqı ilə həmrəylik toplantısı...
AZƏRTAC xəbər verir ki, iclas iştirakçılarının ilk tələbi fevralın 21-də Yeni Kaledoniyada polislə nümayişçilər arasında baş vermiş toqquşma nəticəsində saxlanılan beş fəalın azad edilməsi olub.
Tədbirdə çıxış edən kanakın müstəqillik tərəfdarları Fransa hökumətinin onların səsini eşitməsini istədiklərini qeyd ediblər.
Onlar, həmçinin, kanak xalqına məxsus torpaqların müstəmləkəyə çevrilməsindən 170 il və FLNKS-nin yaranmasından 40 il sonra Fransa hökumətinin bu xalqın gələcəyini sual altında qoyaraq, Yeni Kaledoniyanın - kanakların institusional gələcəyinə dair iki qanun layihəsini birtərəfli şəkildə irəli sürməsinə etirazlarını bil...
2021-ci ildə keçirilmiş muxtariyyətlə bağlı üçüncü referendumun nəticələri yekdilliklə şübhə altına alınıb.
Yeni Kaledoniyanın müstəqillik tərəfdarları həmin referendumun COVID-19 dövründəki qapanma şəraiti ilə əlaqədar təxirə salınmasını istəsələr də, Fransa dövləti prosesin keçirilməsini məcburi qaydada qəbul etdirib və beləliklə, kanak xalqı bu referendumda iştirak edə bilməyib.
Müstəqilliyin tərəfdarları bu referendumun nəticələrini tanımırlar və onun şərtlərinin qəbuledilməz olmasının Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən tanınması üçün FLNKS tərəfindən şikayət hazırlanıb.
Kanaklar bildirirlər ki, bu gün Fransa hökuməti “demokratiya” adı altında əyalət seçkilərini təxirə salmaq və seçki orqanında dəyişiklik etmək istəyir.
Məqsəd 30 ildən çoxdur başlanılmış müstəmləkəsizləşdirmə prosesinə son qoymaq və kanak xalqının azlığa çevrilməsi ilə bağlı sübut edilmiş təcrübəni bərpa etməkdir.