Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Bu, ərazinin yenidən müstəmləkəyə çevrilməsini və kanak xalqının milli azlıq olduğunu təşviq etmək üçün bir vasitədir. |
Dövlət bu iki qanun layihəsi ilə Numea Sazişini çox qısa müddət ərzində ləğv etmək istəyir. |
Fevralın 27-də əyalət seçkilərinin təxirə salınmasına dair dəyişiklikləri əks etdirən qanun layihəsi Senata, sonra Milli Assambleyaya təqdim ediləcək. |
Seçicilərin tərkibinin dəyişdirilməsi ilə bağlı ikinci qanun layihəsi isə mart ayından etibarən Senatda müzakirəyə çıxarılacaq. |
İyulun 1-dək müstəqillik tərəfdarları ilə heç bir saziş bağlanmazsa, hökumət Versal Konqresini çağırmaqla güc yoluna əl atmaq niyyətindədir. |
Toplantı iştirakçıları kanak xalqı ilə həmrəylik nümayiş etdirərək onların hüquqlarına, o cümlədən tam suverenlik əldə etmək istəyinə hörmət bəslənilməsi üçün səfərbər olmağın vaxtının çatdığını vurğulayıblar. |
Diqqətə çatdırılıb ki, 1984-88-ci illərdəki toqquşmalardan sonra Fransa dövləti ilə bəzi şərtləri Konstitusiyada təsbit olunan kanak xalqı arasında kompromis 30 ildən çox davam edən dekolonizasiya və öz müqəddəratını təyinetmə prosesinin başlamasına imkan verib. |
Bildirilib ki, bu gün hakimiyyət Numea Sazişinə son qoymaq üçün manevrlər edir. |
O, insanları 2022-ci ildə keçirilmiş üçüncü referendumunun Fransanın tərkibində Yeni Kaledoniya üçün demokratik qərar qəbul etməyə imkan verdiyinə inandırmaq istəyir. |
Bu, müstəmləkə altına salınmış xalqların öz ölkələrinin gələcəyi ilə bağlı qərar vermək kimi fundamental hüququna, habelə BMT-nin bununla bağlı qəbul etdiyi qətnamələrə məhəl qoymamaqdır. |
Eyni zamanda, COVID-19-dan sonrakı qeyri-münasib mühit səbəbindən kanakların referendumun təxirə salınmasını xahiş etmələrini görməzdən gəlməkdir. |
Həmçinin, qeyd edilib ki, Makron və onun hökuməti üçün “milli maraq” Yeni Kaledoniyanın qəti olaraq fransız olmasıdır. |
Onların nəzərində bu, Hind-Sakit okean kimi tanınmış və getdikcə həlledici zonaya çevrilən regionda iqtisadi və strateji aktivliyi təmin edir. |
Hökumət bununla da neokolonial təkəbbürü və kanak xalqına hörmətsizliyi davam etdirməyə haqq qazandırır. |
Tədbir iştirakçıları vurğulayıblar ki, Hind-Sakit okean regionunda, habelə onun hüdudlarından kənarda dekolonizasiya prosesinin davam etdirilməsi və dərinləşməsi qətiyyən qəbuledilməzdir. |
Bu proseslər sosial bərabərsizliklərə qarşı, ölkənin inkişafı və sosial-demokratik tərəqqisi üçün mübarizənin prioritet istiqamətə çevrilməsinə səbəb olmalıdır. |
Eyni zamanda, Yeni Kaledoniyanın yenidən müstəmləkə olması təkliflərinin əvəzinə, tərəfdaşlıq, müstəqillik təkliflərinə ciddi yanaşılmalıdır. |
Diqqətə çatdırılıb ki, Fransada müstəmləkəçiliyi, demokratiyanı və xalqların öz müqəddəratını təyinetmə hüququnu müdafiə edən qüvvələrlə çətin mübarizədə kanak xalqının ətrafında toplaşmaq, onunla həmrəy olmaq lazımdır. |
Qeyd edək ki, kanaklar Parisdəki iclasa gedərkən, İstanbul hava limanında əyinlərində Yeni Kaledoniyanın bayrağı ilə yanaşı, Azərbaycan bayrağının da şəkli olan köynəklərdə görüntüləniblər. |
Bunun səbəbi isə Azərbaycanın Fransanın müstəmləkə zülmündən əziyyət çəkən xalqlara öz mübarizələrində daim göstərdiyi dəstəkdir. |
Türkiyənin aerokosmik sənaye şirkəti TUSAŞ beşinci nəsil “Kaan” döyüş təyyarəsinin performansı ilə bağlı yeni bir video yayımlayıb. |
Görüntülər şirkətin “X” sosial şəbəkə hesabında paylaşılıb. |
“Kaan”ı bir də öz səsindən dinləyək”, - deyə paylaşımda qeyd olunub. |
Xatırladaq ki, Türkiyənin beşinci nəsil milli döyüş təyyarəsi olan “Kaan” ilk uçuşunu fevralın 21-də həyata keçirib. |
Türkiyə ABŞ-nin “F-35” qırıcılarına alternativ olaraq bu təyyarələri istehsal edib. |
Hazırda Türkiyə Elmi və Texnoloji Araşdırmalar Qurumu (TÜBİTAK) təyyarəyə radarda görünməzlik xüsusiyyəti qazandıracaq yerli və milli layihələrin hazırlanması üzərində işləyir. |
Azərbaycan Respublikasının dəniz sərhədini pozan şəxslər saxlanılıblar. |
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb. |
Xəbərə görə, fevral ayının 22-də Dövlət Sərhəd Хidmətinin Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri, texniki müşahidə məntəqələri və sərhəd gözətçi gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində “Şahdağ” sərhəd gözətçi gəmisi tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsinin Ələt reydi istiqaməti... |
Hədəfin saxlanılması məqsədilə Sahil Mühafizəsinin gəmiləri tərəfindən təqibetmə əməliyyatlarına başlanılıb, sərhəd bölmələri aidiyyəti üzrə məlumatlandırılıblar, regional şöbələrin texniki müşahidə məntəqələri tərəfindən müşahidələr gücləndirilib və sahil xəttinin qapadılması məqsədilə təxirəsalınmaz tədbirlər görülüb... |
Sərhəd gözətçi gəmisinin sürətli manevrləri nəticəsində Xəzər dənizinin Azərbaycana mənsub bölməsinin cənub istiqamətində, Kürdili adası reydində “Yamaha-200” mühərriki ilə təchiz edilmiş iki nəfər heyət üzvü olan itisürətli qayıq saxlanılıb. |
Dəniz sərhədini pozduqlarına görə saxlanılmış qayığın heyət üzvlərinin İran İslam Respublikası vətəndaşları - 1986-cı il təvəllüdlü Mehran Tağı oğlu Yusifinecat və 1994-cü il təvəllüdlü Şəhram Qafur oğlu Mahmudi olduqları müəyyən edilib. |
Fаktla bağlı əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir. |
“İstanbul konfransı bir tərəfdən kolonializmdən əziyyət çəkən xalqlarla həmrəyliyin nümayiş etdirilməsinə töhfə verdi, digər tərəfdən isə Fransanın kolonial gücünə qarşı mübarizə aparmaq məqsədi daşıyan siyasi fəaliyyət çərçivəsinin təsis edilməsinə imkan yaratdı”. |
Bu barədə Bakı Təşəbbüs Qrupunun yaydığı kommunikedə bildirilib. |
Qeyd olunub ki, Bakı Təşəbbüs Qrupu tərəfindən təşkil edilmiş “Dekolonizasiya:İntibahın oyanışı” adlı beynəlxalq konfrans çərçivəsində Kanaki - Yeni Kaledoniyanın müstəqillik tərəfdarları və millətçilərdən ibarət nümayəndə heyəti fevralın 24-də Türkiyənin İstanbul şəhərində toplaşıblar:“Xatırladaq ki, 2023-cü ildə beyn... |
Həmçinin vurğulanıb ki, Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkən ölkələrin nümayəndələrinin, eləcə də BMT-nin ixtisaslaşmış institutlarının iştirak etdiyi konfransda Kanaki - Yeni Kaledoniyadan olan nümayəndə heyəti Fransa hökumətinin təşkil etdiyi kütləvi miqrasiyanı öz daxili qanunlarına uyğun olaraq qanu... |
“Ukraynada yeni səfərbərlik dalğası Ukrayna Silahlı Qüvvələrində audit aparılana qədər təxirə salınacaq”. |
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski CNN telekanalına müsahibəsində bildirib. |
Onun sözlərinə görə, bu işlə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski məşğul olacaq. |
“Xeyr, baş komandan yoxlama (audit) aparmayana qədər biz bu barədə (səfərbərliyin mümkün genişləndirilməsi – red.) |
danışmırıq”, - deyə V.Zelenski qeyd edib. |
Xatırladaq ki, daha əvvəl Volodimir Zelenski ölkədə hərbi vəziyyətin müddətini 2024-cü il mayın 13-dək uzadıb. |
Bu yaxınlarda redaksiyalar taksi sürücüsü işləyən Təmkin Nağıyevin təcili vəziyyətdə sərnişinə xəstəxanaya çatmasında köməklik göstərməsi ilə bağlı xeyirxah əməlindən xəbər tutdular. |
Ətraflı məlumat almaq üçün T.Nağıyevlə əlaqə saxladıq. |
“Uber”dən Elmlər Akademiyasına növbəti sifariş qəbul edəndə heç bir problem yox idi.Sərnişin maşına mindi, amma qəfil özünü pis hiss etdi”, - deyə Təmkin Nağıyev xatırlayır. |
O, dərhal ən yaxın xəstəxanaya getməyə qərar verdi. |
“Sərnişini ən yaxın tibb müəssisəsi olan Respublika Klinik Xəstəxanasına apardım. |
Orada həkimlərə vəziyyəti izah etdim və ilkin tibbi yardım göstərilməsi üçün sərnişini qəbul şöbəsinin mütəxəssislərinə təhvil verdim. |
Sərnişinə ilkin tibbi yardım göstərildiyinə əmin olduqdan sonra xəstəxana binasını tərk etdim”, - deyən T.Nağıyev öz hərəkətlərində qeyri-adi bir şey görmür və onun fikrincə, istənilən normal insan oxşar vəziyyətdə onun kimi hərəkət edərdi. |
Taksi sürücüsünün sözlərinə görə, söhbət sərnişinin sağlamlığından və həyatından gedirsə, nə etmək barədə düşünməyə belə dəyməz:“O anda mən yalnız kömək etmək barədə düşünürdüm, nəinki yol pulunu ödəmək barədə və təbii ki, bu pulu ondan almadım. |
Hesab edirəm ki, xeyirxahlıq hər birimizdə olmalıdır”. |
“Qəbələ” vəziyyətdən çıxmaq üçün hər oyunda iradə göstərməlidir”. |
Fevralın 24-də “qırmızı-qaralar”la yollarını ayıran 44 yaşlı mütəxəssis hazırda Premyer Liqada turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan bölgə təmsilçisinə bundan sonrakı dönəmdə uğurlar arzulayıb:""“Kəpəz”dən 8 xal geri qala bilərlər. |
“Qəbələ”nin istədiyi yerlərdə qərarlaşmasını arzulayıram”. |
Çalışdırıcı 2019-cu ildən rəhbərlik etdiyi komandanın cari mövsüm zəif nəticələr göstərməsinə də münasibət bildirib:""“Uğursuz çıxışa səbəb çoxdur. |
Komandadan çox sayda oyunçu getdi, kifayət qədər zədəli və cəzalılarımız oldu. |
Biz də Premyer Liqanın XXIV turunda “Kəpəz”lə (1:2) qarşılaşmadan sonra rəhbərliklə görüşdük və yolları ayırmağı qərara aldıq”. |
Qeyd edək ki, “Qəbələ” iki gün əvvəl gürcüstanlı Kaxaber Sxadadzeni baş məşqçi postuna təyin edib. |
İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşəbbüsü ilə hazırda yeddi sahə üzrə daxili bazar araşdırmaları aparılır. |
Bildirilib ki, bazar araşdırmaları soyuducu anbarlara tələbat, Azərbaycanın ekoloji turizm potensialı, dəri və dəri məmulatlarının istehsalı, tekstil müəssisəsinin yaradılması, Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı emalı və sənaye müəssisələrinin yaradılması perspektivləri, tikinti məqsədli yerli xammal ehti... |
Müvafiq istiqamətlər agentlik tərəfindən sahibkarlar arasında keçirilmiş sorğuların nəticələrinə, eləcə də ölkənin sosial-iqtisadi inkişafı ilə əlaqədar qəbul edilmiş sənədlərə əsaslanaraq müəyyən edilib. |
Qeyd edək ki, daxili bazar araşdırması sahibkarların müraciəti və KOBİA-nın təşəbbüsü əsasında aparılır. |
2023-cü ildə sahibkarların müraciəti ilə dörd sahə üzrə daxili bazar araşdırması aparılıb və hesabatlar sahibkarlara təqdim edilib. |
İndiyədək isə sahibkarların müraciəti əsasında 25, KOBİA-nın təşəbbüsü ilə 26 daxili bazar araşdırması aparılıb. |
Agentliyin təşəbbüsü ilə aparılmış bazar araşdırmaları KOBİA-nın rəsmi internet səhifəsində yerləşdirilib və sahibkarların ümumi istifadəsi üçün açıqdır. |
Qeyd edək ki, daxili bazar araşdırması mexanizmi üzrə dövlət dəstəyi KOBİA tərəfindən təmin edilir. |
Mikrosahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə həyata keçirilən araşdırmaya çəkilən xərcin 50%-i dövlət tərəfindən ödənilir. |
Hər bir daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği maksimum 20 min manatdır. |
Daxili bazar araşdırmasının aparılması KOBİA-nın sifarişi ilə “Dövlət satınalmaları haqqında” Qanuna uyğun olaraq tender yolu ilə həyata keçirilir. |
Yeni məhsul və xidmətlər yaratmaq, biznesini genişləndirmək istəyən sahibkarlar daxili bazar araşdırmasının aparılması üçün KOBİA-nın internet saytındakı müvafiq ərizə formasını dolduraraq agentliyə birbaşa və ya elektron qaydada müraciət edə bilərlər. |
İsrail Ukraynaya raket və pilotsuz uçuş aparatı (PUA) hücumları üçün erkən xəbərdarlıq sistemlərinin ötürülməsi üzərində işləyir. |
Bu barədə İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan BMT Baş Assambleyasındakı çıxışı zamanı məlumat verib:""“İsrail Rusiyanın raket zərbələri və pilotsuz uçuş aparatlarının hücumlarından qorunmaq üçün Ukraynanı erkən xəbərdarlıq sistemləri ilə təmin etməyə çalışır”. |
O əlavə edib ki, 2022-ci ilin fevralında müharibənin ilk həftəsində yəhudi dövləti Ukraynaya 100 tondan çox humanitar avadanlıq göndərib və yüzlərlə ukraynalı İsraildəki xəstəxana və reabilitasiya mərkəzlərində müalicə alıb. |
TƏBİB-in tibb müəssisələrində 13 minə yaxın şəxs qızılca peyvəndi olunub. |
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatında deyilir. |
Bildirilir ki, ölkə ərazisində uşaqlar və böyüklər arasında qızılca xəstəliyinə yoluxma halları qeydə alınmaqdadır. |
Epidemioloji vəziyyətin təhlili göstərir ki, xəstəlikdən ağırlaşma və ölüm halları, əsasən, qızılcaya qarşı peyvənd olunmayan şəxslərdə müşahidə olunur. |
Bunu nəzərə alaraq, ötən ilin 27 dekabr tarixindən etibarən vaxtında qızılcaya qarşı peyvəndlənmədən kənarda qalan, heç vaxt bu xəstəliyi keçirməyən 11-40 yaşlı əhali qrupu arasında da peyvəndlənmə prosesi aparılır. |
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən ölkəyə idxal edilən vaksin preparatları ilə peyvəndlənmə prosesi TƏBİB-in tabeliyindəki ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində könüllülük prinsipi əsasında aparılır. |
Peyvəndlənmə prosesinə başlanılan tarixdən bu günədək 11-40 yaş aralığında peyvənd olunan şəxslərin sayı 10 161 nəfər təşkil edib. |
Ümumilikdə isə TƏBİB-in tabeliyində olan tibb müəssisələrində 12 882 nəfər QPM (qızılca, parotit, məxmərək) və QM (qızılca, məxmərək) peyvəndi olub. |
Qeyd edək ki, peyvəndlənmə qızılca xəstəliyinə qarşı ən effektiv profilaktika üsuludur. |
Milli peyvənd təqviminə əsasən, qızılcaya qarşı immunizasiya bir və altı yaşlarında olmaqla iki doza şəklində kombinə olunan QPM (qızılca, parotit, məxmərək) peyvəndi ilə aparılır. |
Altı yaşından yuxarı heç vaxt peyvənd olunmamış şəxslərin isə 1-ci və 2-ci dozası arasında müddət minimum dörd həftə olmalıdır. |
Daha öncə QPM peyvəndinin yalnız 1-ci dozasını almış şəxslərdə 1-ci dozanı təkrarlamadan peyvəndləmə davam etdirilməlidir. |
Hər gün ictimai yerlərdə yüzlərlə nadinc uşaq görürük. |
Metro və ya avtobusda uşağının üstünə qışqıran, hətta vuran valideynlərə də az rast gəlmirik. |
O görüntü heç birimizə xoş təsir bağışlamır. |
Belə situasiyalarda bir-birinə zidd iki münasibət yaranır - bəziləri uşaqları qınayırlar, bəziləri də valideynlərini. |
Bir qrup:“Elə bil özləri uşaq olmayıblar, nadinclik etməyiblər”, - deyərək valideynləri səbirsiz və səriştəsiz adlandırır. |
Digər qrup isə valideyni zorakılıq, şiddət göstərməkdə ittiham edir və:“Hər kəsin içində uşağına qışqıran, yaxud qulağını çəkən evdə, təklikdə uşağı necə cəzalandırır?” - deyib məsələni böyüdür. |
Psixoloqlar isə düşünürlər ki, uşaqların təlim-tərbiyəsi fərdidir. |
Uşaq var, tərifdən, uşaq da var, tənqiddən nəticə çıxarır. |
Doğrudanmı, şiddətə məruz qalan uşaqlar sonradan daha yaxşı davranış sərgiləyirlər? |
Şiddətə məruz qalan uşaqların psixologiyasında hansı dəyişikliklər olur? |
Ümumiyyətlə, valideynlərinin sözünə qulaq asmayan, çətin tərbiyə olunan uşaqlarla necə davranmaq lazımdır? |
Çətin tərbiyə edilən uşaqların təlim-tədris müəssisələri varsa, uşaqların oraya yerləşdirilməsi hansı meyarlarla aparılır? |
Məsələ ilə bağlı Oxu.Az-a danışan təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, son dövrlərdə sosial şəbəkələrdə yayılmış, şagirdlərin davranışı ilə bağlı videolar əsasında “çətin” uşaqları iki qrupa bölmək olar:"""“Birinci qrupa aqressiv uşaqları aid etmək olar. |
Belə ki, bütün uşaqlar həyatlarında aqressiv hərəkət edirlər. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.