Search is not available for this dataset
text
stringlengths
10
518k
Bu, onların yaşı və ya rastlaşdıqları sosial şəraitlə bağlı ola bilər.
Bəzən aqressiya uşaqların xarakterik əlamətlərinə çevrilir və həmişə də özünü göstərir.
İkinci qrupa isə yüksək, idarə olunmayan səviyyəyə çatan emosionallığa malik olan uşaqları aid etmək olar.
Belə uşaqlar hər hadisəni yüksək həyəcanla qarşılayır və bunu ətrafdakılara da keçirirlər.
Onlar kədərlənəndə də, sevinəndə də bunu aşırı dərəcədə emosiya ilə büruzə verirlər.
Yəni diqqəti cəlb etməyi sevirlər.
“Çətin” uşaqlarla iş məktəb psixoloqlarının öhdəsinə düşür.
Belə ki, məktəb psixoloqları çalışmalıdırlar ki, uşaqlarda belə halların yaranma səbəblərini diaqnostik metodların köməyi ilə vaxtında araşdırıb, səbəbini vaxtında tapıb, ona uyğun psixoprofilaktik işlər aparsınlar.
Psixoprofilaktik işlər aparılarkən mütləq şagirdlərin fərdi xüsusiyyətləri nəzərə alınmalıdır.
Bəzən müəllimlər belə uşaqlarla işdən çəkinir və bir növ, onlardan yaxa qurtarmağa çalışırlar, bir sözlə, onlarla heç bir tərbiyəvi iş aparmırlar”.
Ekspert bu məsələdə təcrübəsiz müəllimlərin də mənfi təsirindən danışıb:""“Təcrübəsiz müəllimlərin “çətin” uşaqlarla apardıqları işlər plansız və məqsədsiz olduğu üçün prosesin heç bir müsbət təsiri olmur, əksinə, uşaqların tərbiyəsi daha da pozulur.
Müasir psixologiyanın imkanları genişdir və bu imkanlara əsasən xoşagəlməz halların qarşısını almaq olar.
Hər bir məktəbdə çətin tərbiyə olunan şagirdlər var.
Mütəmadi olaraq qaba hadisələrin “qəhrəmanı” olan belə şagirdlər xüsusi məktəblərdə təhsil almalıdırlar.
Çünki nizam-intizam qaydalarını kobud şəkildə pozan şagirdlərin oxumağa meyilli, əlaçı kateqoriyasından olan şagirdlərlə bir arada olması yolverilməzdir.
Məktəbdə nizam-intizamı pozan şagirdlərlə iş aparmaq, onlarda özünü göstərən qüsurları aradan qaldırmaq üçün bunların səbəblərini araşdırmaq, psixoprofilaktika və psixokorreksiya vasitələrindən sistemli şəkildə istifadə etmək lazımdır.
Burada əsas diqqət şəxsiyyəti sosial cəhətdən deformasiyaya uğrayan, asosial uşaqların diaqnostikasını vaxtında aparmaqdır.
Uşaqların fərdi xüsusiyyətləri nəzərə almaqla tərbiyəvi iş sistemini düzgün müəyyənləşdirmək zəruridir.
Təcrübə göstərir ki, çox zaman məktəbdə bu cür uşaqlarla aparılan profilaktik iş sistemsiz xarakter daşıyır.
Tərbiyəvi təsir tədbirləri tərbiyəni deyil, bu və ya digər hərəkətinə görə uşaqdan əvəz çıxmağı xatırladır”.
Kamran Əsədovun sözlərinə görə, tədris müəssisəsi şagirdi qəbul edərkən onun xarakterini valideynlə ünsiyyət zamanı təyin etməyə çalışmalıdır:""“Məktəbə yeni daxil olan şagirdlə, onun valideynləri ilə, uşağa aid bütün sənədlərlə tanış olmaq və bu zaman həmin şagirdin tərbiyəsindəki çətin cəhətləri aşkara çıxarmaq gərək...
“Çətin” uşağın kollektivə alışmasına köməklik göstərmək, sinif rəhbəri ilə birlikdə şagirdin davranışındakı qüsurları aradan qaldırmağın planını hazırlamaq, bu zaman peşə etikası normalarından kənara çıxmamaq, imkan daxilində şagirdə yoxlanmasının həqiqi məqsədini bildirməmək lazımdır.
Yeri gələndə psixoloq həmin şagirdin əqli səviyyəsini müəyyənləşdirmək üçün müvafiq mütəxəssislərlə (məsələn, həkim-psixiatrla) əlaqə saxlamalıdır.
Əgər uşağın inkişafında geriləmə, psixi normalara uyğun gəlmədiyi müəyyənləşdirilərsə, məktəb psixoloqu ona fərdi yanaşmaqla əlaqədar müəllimlərə və valideynlərə məsləhət verə bilər”.
“Savadsız, rüşvətxor, şəxsi marağını güdən, tələbəyə qarşı laqeyd olan şəxslər şagird üçün heç vaxt sevilən müəllim ola bilməz və olmurlar da!
Ancaq gərək şagirdlər də bir şeyi anlasınlar ki, rüşvətxorlara düşmən kimi baxan, savadlı, tələbkar müəllimlərin qayəsi tələbələrinə yalnız savad verməkdir.
Müəllimlik çox çətin və şərəfli peşədir.
Unutmaq olmaz ki, bütün dahiləri, alimləri, sənətkarları müəllimlər yetişdiriblər.
Sevimli Xalq şairi Bəxtiyar Vahabzadə “Müəllim” şeirində məhz ona görə müəllimləri dünyada “ən varlı bağban” adlandırırdı.
Ulu öndər Heydər Əliyev isə:“Mən müəllimlikdən yüksək və şərəfli bir peşə tanımıram”, - deyirdi.
Düşünürəm ki, məktəblərin tam şəkildə kamera ilə təchiz olunmasının vaxtı çatıb.
Valideynlər gün ərzində məktəbdə baş verənləri kənardan izləməlidirlər.
Çünki artıq müəllimlərin əksəriyyəti dərs prosesinə müdaxilə etməkdə çətinlik çəkir”, - deyə K.Əsədov fikrini tamamlayıb.
Bakıda 16 yaşlı oğlan küçədə çılpaq gəzib.
Oxu.Az-ın məlumatına görə, ruhi əsəb dispanserində qeydiyyatda olan 2008-ci il təvəllüdlü şəxs polis əməkdaşları tərəfindən Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində müəyyən olunaraq saxlanılıb.
Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq qeydiyyatda olduğu dispanserə yerləşdirilməsi təmin olunub.
“Fransa kəşfiyyat xidməti ilə Ermənistanın Milli Təhlükəsizlik Xidməti arasında dörd ölkə - Azərbaycan, İran, Rusiya və Türkiyə haqqında kəşfiyyat məlumatlarının mübadiləsinə dair razılıq əldə olunub”.
Bu barədə “Armtimes” qəzeti Fransa mediasına istinadla xəbər verib.
Bildirilir ki, sözügedən məsələ Parisdə Fransa Prezidenti Emmanuel Makronla Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşdə müzakirə olunub.
Məlumata görə, Paris, həmçinin, İrəvana Ermənistanın sərhədləri boyunca hərbi-siyasi vəziyyətlə bağlı məlumatları özündə əks etdirən peyk məlumatlarını təqdim edəcək.
“Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu” “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”na daxil edilib.
Bu barədə Nazirlər Kabineti qərar verib.
Eyni zamanda, Məmmədli kəndində yerləşən Əli daşı türbəsi (XVII-XVIII əsrlər) də “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”na daxil edilib.
32 il əvvəl fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində xalqımızın soyqırımı baş verib.
Dünya vaxtaşırı təkcə müharibələrlə deyil, həm də bir xalqın digər xalqa qarşı nəzarətsiz təcavüzü ilə sarsılır, bəzən bu, aqressiyaya məruz qalanın məhvinə səbəb olur.
Bu dəhşətli hadisə soyqırımı adlanır.
Bu sözün arxasında qeyri-insani qəddarlıq, göz yaşları, ölümə məhkum edilmiş günahsız insanların qanı dayanır.
Bu gün iyirmiyə qədər ölkə və bir sıra beynəlxalq təşkilatlar Xocalı soyqırımını tanıyıb.
Bəs Ermənistanın Xocalı soyqırımını tanıması üçün nə baş verməlidir?
Bu ölkənin rəhbərliyi ədalətli addım atsa, erməni xalqı necə reaksiya verəcək?
CBC kanalının “Uğur postulatları” (“Postulatı Uspexa”) proqramı çərçivəsində Qafqaz-İberoamerika Düşüncə Mərkəzinin sədri, tərcüməçi, müəllim Mahir Qurbanov bu və digər suallara cavab verib, fikirlərini bölüşüb, ispandilli ölkələrdə erməni ideologiyasına necə qarşı Azərbaycanın necə qarşı çıxdığından danışıb.
Azərbaycanın sabiq yunan-Roma güləşçisi Cabbar Yusifi Rusiyada 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə Moskva şəhərindəki Basmannı məhkəməsi qərar çıxarıb.
O, qanunsuz olaraq odlu silah, onların əsas hissələrini, döyüş sursatı satmaqda təqsirli bilinib.
Qeyd edək ki, Cabbar Yusifi 2023-cü ilin martında saxlanılıb.
İdmançı qaçmaq istədiyi üçün polislər atəş açmağa məcbur qalıblar.
Yoxlama zamanı məlum olub ki, saxlanılan şəxs İnterpolun axtarışında olan Cabbar Yusifidir.
Rusiya onu qanunsuz silah saxlama, Ukrayna qəsdən adam öldürmə ittihamı ilə axtarıb.
Həmin vaxt güləşçinin üzərində tapança aşkarlanıb.
Xatırladaq ki, Cabbar Yusifi daha əvvəl Yeniyetmələrin Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə Azərbaycan millisinin heyətində çıxış edib.
Zabrat şosesi istiqamətində yolayrıcında sürücü və piyadaların təhlükəsizliyi təmin edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Qurumun əməkdaşları həm yerində baxış keçirməklə, həm də müşahidə kameralarının imkanlarından istifadə etməklə paytaxtın Sabunçu rayonu, Zabrat-Kürdəxanı şosesi ilə Əjdər Məlikov küçəsinin kəsişməsində təhlillər aparıblar.
Piyadaların təhlükəsiz hərəkətini təmin etmək və baş verən yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün Məmmədli dairəsindən bir neçə metr irəlidə, Zabrat şosesi istiqamətində avtomobillərin rahat sola dönməsi üçün işıqforun yaşıl işığının müddəti 10 saniyə artırılıb.
Bununla yanaşı, qarşıda piyadalar üçün piyada seksiyası ilə təchiz olunmuş işıqfor quraşdırılıb.
Fransa jandarm qüvvələri 88 yaşlı aktyor Alen Delonun evindən onlarla odlu silah tapıb.
“Parisien” qəzetinin məlumatına görə, Delonun yoldaşı Hiromi Rollin aktyorun lazımi müalicə almamasından, evinin silahla dolu olmasından narahatlığını bildirib.
Eyni zamanda Delonun evində olan tapança və ov tüfəngləri üçün icazələrinin olduğu müəyyənləşib.
Yanvarda Fransa məhkəməsi aktyorun əmək qabiliyyətini məhdudlaşdırıb.
O, daşınmaz əmlakın satışı kimi mühüm işlər istisna olmaqla, başqa müstəqil hərəkətlər edə bilər.
Bunun üçün məsuliyyət indi Delonun məhkəmə tərəfindən təyin edilmiş nümayəndəsinə həvalə edilib.
88 yaşlı kino ulduzunun səhhəti ilə bağlı onun ailə üzvləri və yaxın ətrafı arasında məhkəmə prosesləri davam edir.
Belə ki, aktyorun kiçik oğlu Alen Fabyen atasının zəifliyindən sui-istifadə etdiyi iddia edilən bacısı Anuşkadan prokurorluğa şikayət edib.
Bundan əvvəl Hiromi Rollin Delonun övladlarını atalarını öldürməyə cəhddə ittiham etmişdi.
Ermənistan baş naziri Nikol Paşinyan Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin fevralın 28-29-da Berlində sülh sazişi üzrə irəliləyişə nail olacaqlarına ümidvar olduğunu bildirib.
O, bu barədə Afinada Yunanıstanın Baş naziri Kiriakos Mitsotakislə görüşdə deyib.
“Siz bilirsiniz ki, yaxın vaxtlarda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin daha bir görüşü gözlənilir.
Ümid edirəm ki, bu görüş nəticəsində irəliləyiş əldə olunacaq”, - deyə Paşinyan qeyd edib.
“İqlim dəyişikliyi dövlətlərin iqtisadi rifahına birbaşa təsir göstərir:kənd təsərrüfatı istehsalının azalması dünyanı qlobal ərzaq böhranına aparır və inflyasiyanın yüksəlməsi ehtimalını artırır”.
“Aydındır ki, son illərdə ekstremal hava hadisələri adi hala çevrilib:daşqınlar, qasırğalar, quraqlıqlar və hətta yoluxucu xəstəliklərin yayılması, demək olar ki, normal hala çevrilib.
Belə təbii sarsıntılar iqtisadi itkilərə, istehsal proseslərinin ləngiməsinə və nəticədə gəlirlərin azalmasına səbəb olur”, - deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, anomal isti və soyuqlar nəticəsində enerji resurslarına tələbat arta bilər ki, bu da qiymətlərin bahalaşmasına və ümumilikdə inflyasiyanın artmasına səbəb olacaq:""“İqlim dəyişikliyinə ən çox məruz qaldıqları üçün ən az inkişaf etmiş ölkələr daha çox zərbə alacaqlar.
Mövcud araşdırmalara görə, Afrika və Cənub-Şərqi Asiyanın müəyyən hissələri ən həssas bölgələrdir”.
İqlim dəyişikliyi ilə mübarizə üzrə iqtisadi tədbirlərdən danışan professor qeyd edib ki, dünya birliyinin yaşıl iqtisadiyyata keçidlə bağlı çətinliklərinə baxmayaraq, fəaliyyətsizlik uzunmüddətli perspektivdə daha çox mənfi nəticələrə səbəb olacaq:""“Hesablamalara görə, temperatur sənayedənəvvəlki dövrlərə nisbətən üç...
“Bədxassəli şişlərin yaranmasının 35-40%-i məhz düzgün olmayan və keyfiyyətsiz qidalanma ilə bağlıdır”.
O bildirib ki, düzgün qidalanma bir çox xəstəliklərin qarşısını alır.
Komitə sədrinin sözlərinə görə, əhali arasında yayılan bir sıra xəstəliklərin əmələ gəlməsində qidalanma faktorunun xüsusi rolu var:""“Xərçəng xəstəliyinin də əmələ gəlməsində əsas faktor kimi qidalanma mühüm yer tutur”.
“Jurnalistlərin cəbhəboyu zonada akkreditasiyası və cəbhəboyu zonaya xidməti ezamiyyətlərinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılması Qaydası”na dəyişiklik edilib.
Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.
Dəyişikliklə Qaydanın 1.2-ci və 1.3-cü bəndləri aşağıdakı redaksiyada verilib:""- “Media haqqında” qanunun 72.1-ci maddəsinə əsasən media subyektləri Media Reyestrinə daxil edilmiş jurnalistlərini dövlət orqanlarının (qurumlarının), müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının razılığı ilə və onların müəyyə...
- Dövlət orqanlarının (qurumlarının), müəssisə və təşkilatların, qeyri-hökumət təşkilatlarının razılığı ilə və onların müəyyən etdiyi akkreditasiya qaydalarına əməl etməklə həmin qurumlarda akkreditasiya olunmuş jurnalistə, qapalı tədbirlər istisna olmaqla, iclas, müşavirə və başqa tədbirlər barədə əvvəlcədən məlumat v...
Dəyişiklikdən əvvəl Qaydanın 1.2-ci və 1.3-cü bəndləri aşağıdakı kimi idi:""- “Kütləvi informasiya vasitələri haqqında” qanunun 50-ci maddəsinə əsasən KİV dövlət orqanlarının, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin razılığı ilə və müəyyən etdikləri akkreditasiya qaydasına əməl etməklə, onların nəzdində ö...
KİV, eyni zamanda, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən müəyyən edilmiş akkreditə qaydasına riayət etməklə öz nümayəndələrini akkreditə edə bilər.
- Akkreditə edilmiş jurnalistə qapalı tədbirlər istisna olmaqla, iclas, müşavirə və digər tədbirlər barədə əvvəlcədən məlumat verilir, onun stenoqramlarla, protokollarla və müvafiq sənədlərlə tanış olması üçün şərait yaradılır.
Almaniyada ölən azərbaycanlının meyiti yaxınları tapılmadığına görə yandırılıb.
İndi isə ailə üzvləri mərhumun külünü tələb edirlər.
Xezerxeber.az-ın məlumatına görə, söhbət Cəbrayıl sakini olan 47 yaşlı İlham Allahverdizadədən gedir.
Onun anası Adilə Allahverdiyeva bildirib ki, İlham 2014-cü ildə Almaniyaya köçüb.
Onun sözlərinə görə, övladının həm böyrəklərində, həm də ürəyində problem olub.
Yanvarın 11-də insult keçirib və dünyasını dəyişib.