Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Tək yaşadığına görə ölümündən çox gec xəbər tutulub. |
Məsələ ilə bağlı Almaniyada yaşayan azərbaycanlı jurnalist Yeganə Əmiraslanova da bildirib ki, Almaniya qanunlarına görə, 10 gün ərzində meyitin sahibi, yaxınları tapılmırsa, onu yandırırlar. |
İstər meyitin, istərsə də külün ölkəyə gətirilməsi üçün tələb edilən sənədlərin tapılması da uzun və çətin prosesə çevrilib. |
Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktorunun müavini Şahin Camalov da cənazənin ölkəyə gətirilməsi qaydalarını açıqlayıb. |
Bütün sənədlər toplandıqdan sonra isə gətirilmə üçün tələb olunan məbləğin 3000 manat həcmində olan hissəsini dövlət ödəyir. |
Qalan hissə isə mərhumun yaxınları və həmin ölkədə yaşayan azərbaycanlıların yardımı ilə ödənilir. |
Cənazənin gətirilməsinə görə tələb edilən məbləğ ölkəyə görə dəyişir. |
ABŞ-nin müxtəlif ştatlarından gətirilən cənazəyə görə 10-12 min dollar, Almaniya və digər Avropa ölkələrindən isə 5-7 min avroya yaxın xərc çıxır. |
Ətraflı süjetdə:""17:38"Almaniyada vəfat edən həmyerlimizin meyiti yandırılıb. |
Bu barədə məlumatı AzVision.az-a həmin ölkədə yaşayan azərbaycanlı jurnalist Yeganə Əmiraslanova verib. |
O bildirib ki, kremasiya olunan şəxs İlham İsmayıl oğlu Allahverdizadədir. |
1977-ci ildə doğulan İ.Allahverdizadə Cəbrayıl sakindir və 2014-cü ildən Almaniyada yaşayırdı. |
Jurnalistin dediyinə görə, İlhamın Almaniyada müvəqqəti yaşama icazəsi olmayıb. |
İlhamın bacısı Məryəm Allahverdiyeva deyib ki, sonuncu dəfə qardaşı ilə yanvarın 9-da danışıb:""“Həm böyrəklərində, həm də ürəyində problem var idi.Məlumata görə, yanvarın 11-i infarkt keçirib və dünyasını dəyişib. |
Tək yaşadığına görə ölümündən çox gec xəbər tutulub. |
Əmim və ailəsi Almaniyanın digər şəhərində yaşayırlar. |
Qardaşımın vəfat xəbərini onlar bizə çatdırdılar. |
Təəssüf ki, əmimgil də onun ölümündən meyiti yandırılandan sonra xəbər tutublar”. |
Yeganə Əmiraslanovanın sözlərinə görə, İlhamın meyiti evdən şəhər bələdiyyəsi xəbər tutandan sonra çıxarılıb:""“Almaniyada belə bir qayda var, əgər 10 gün ərzində meyitin sahibi, yaxınları tapılmırsa, onu yandırırlar. |
Qohumlar bixəbər olduğundan meyit yiyəsiz qalıb və 10 günlük gözləmə müddəti bitdiyindən yandırılıb. |
İndi ailəsi onun külünün Azərbaycana göndərilməsini istəyir. |
Bu isə müəyyən vaxt və prosedurlar tələb edir. |
Meyitin külünün göndərilməsi üçün bu işlə məşğul olan şirkətlə əlaqə saxladım, onlar 2 min avro tələb etdilər. |
Ailənin isə buna imkanı yoxdur”. |
M.Allahverdiyeva deyir ki, bu işlə bağlı Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət ediblər. |
“Komitə bizdən qardaşımın sənədlərini istəyir, toplayırıq. |
Bu hadisə bizə çox pis təsir edib. |
Bir müsəlmanın meyitinin yandırılmasını qəbul edə bilmirik”. |
N.Əmiraslanova deyir ki, İlham evli olmayıb. |
Almaniyada qeyri-rəsmi nikahda rus qadını ilə yaşayırmış. |
Həmin qadın xərçəng xəstəsidir və xəstəxanada müalicə alır. |
Onlar bir il bundan öncə ayrılıblarmış. |
Jurnalist əlavə edib ki, bundan əvvəl də azərbaycanlıların sahibsiz meyitləri olub, Diasporla İş üzrə Dövlət Komitəsi yol xərcini çəkərək onları Azərbaycana göndərib:""“Mən xərçəng xəstəliyinin 3-cü və 4-cü dərəcəsindən əziyyət çəkənlərin yaxınlarına müraciət edirəm. |
Ağır vəziyyətdə olan xəstələrinizi Almaniyaya göndərməyin. |
Çünki burada o xəstələri çox ağır son gözləyir. |
Almaniya səhiyyəsinin sehirli çubuğu yoxdur ki, toxunan kimi sağalsın. |
Xəstəxanaya müraciət edən kimi müalicəyə başlamırlar, insanlara növbə əsasında xidmət göstərirlər. |
Bu da çox zaman alır və xəstəlik ağırlaşır, nəticədə ölümlə üz-üzə qalırlar”. |
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhərində qeydə alınıb. |
Şirvan sakini, 2006-cı il təvəllüdlü Mirsadiq Mustafayev bıçaq xəsarətləri ilə Şirvan xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb. |
Onun kim tərəfindən bıçaqlandığı aydınlaşdırılır. |
Faktla bağlı Şirvan Polis Şöbəsi tərəfindən araşdırma aparılır. |
Azərbaycanda məhkum həbsdə ölüb. |
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. |
Orada cəza çəkən məhkum Sahib Sabir oğlu Məmmədov dünyasını dəyişib. |
Onun xəstəlikdən öldüyü bildirilir. |
Ermənistan-Rusiya münasibətləri son zamanlar gərginləşən templə davam edir. |
Bunun əsas səbəbi İrəvanın sürətlə Moskvadan uzaqlaşmasıdır. |
Tərəflər arasındakı gərginlik Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ətrafında daha çox hiss olunur. |
Belə ki, Ermənistan KTMT-nin üzvü olmasına baxmayaraq, bu təşkilat daxilindəki fəaliyyətini faktiki olaraq dayandırıb. |
Bu ölkənin baş naziri Nikol Paşinyan fevralın 24-də “France 24”ə müsahibəsində Ermənistanın qurum daxilindəki fəaliyyətini dayandırdığını bildirmişdi. |
Rusiyanın Xarici İşlər Nazirliyi və Kremlin sözçüsü Dmitri Peskov bununla bağlı N.Paşinyandan izahat tələb etdi. |
Belarus Prezidenti Aleksandr Lukaşenko isə dedi ki, KTMT Ermənistansız çökən deyil. |
Ermənistan parlamentinin spikeri Alen Simonyan bu məsələ ilə bağlı növbəti açıqlama verərək bildirdi ki, İrəvanın KTMT tədbirlərində iştirak etməməsi əslində münasibətlərin dondurulması deməkdir. |
O, bu açıqlaması ilə Ermənistanın KTMT ilə bağlı mövqeyini növbəti dəfə dilə gətirmiş oldu. |
Rəsmi İrəvanın KTMT tədbirlərində iştirak etməməsi və bu qurumu boykot etməsi kiçik görünsə də, əslində kifayət qədər ciddi hadisədir. |
Məsələ burasındadır ki, Ermənistan KTMT üçün heç də həlledici aktor deyil. |
A.Lukaşenkonun dediyi kimi, KTMT Ermənistansız çökməyəcək. |
Amma bu, Ermənistanın Rusiyadan uzaqlaşmasının və Qərbə tərəf daha çox meyillənməsinin təzahürüdür. |
Maraqlıdır ki, Ermənistanın KTMT-dən uzaqlaşması istiqamətindəki addımlar bu dövlətin Qərb ölkələri, o cümlədən Fransa ilə yaxınlaşması, habelə təhlükəsizlik zəmanətlərindən şikayət etdiyi dövrə təsadüf edir. |
Ermənistanın uzun müddət çətiri altında olduğu Rusiyadan birdən-birə uzaqlaşması, böyük ehtimalla, Qərbin tələbidir. |
Fransa kimi dövlətlər Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək və Rusiyanın regiondakı mövqelərini zəiflətmək üçün Ermənistandan istifadə edirlər. |
Ağ Ev, Yelisey Sarayı Ermənistanı silahlandırmaqla, bu dövlətə maddi vəsait ayırmaqla onu şirnikləndirir, sonra da özlərindən asılı vəziyyətə salırlar. |
Qərbin Şərqi Avropada etdiklərini yada salaq; fərqli Qərb dövlətləri Ukraynanı şirnikləndirməklə bu dövləti başqa bir slavyan xalqı olan Rusiya ilə üz-üzə qoydular. |
İndi isə Ukraynanın arxasından geri çəkilirlər. |
Nə rəsmi Kiyevin, nə də Şərqi Avropanın taleyi Qərbi düşündürür. |
Beləliklə, Qərb eyni ssenarini indi də Cənubi Qafqazda təkrarlamaq istəyir. |
Bu, əslində “işlənmiş kartdır”. |
Amma N.Paşinyan bu oyunun qurbanına çevrilir. |
Ermənistan, yəqin ki, bundan sonra da Rusiyadan uzaqlaşmağa davam edəcək. |
Moskva hələ ki prosesə təmkinli yanaşır. |
Ermənistanda Rusiyanın təkcə 102-ci hərbi bazasının mövcudluğu N.Paşinyan hakimiyyəti üçün “Damokl qılıncı”dır. |
Böyük ehtimalla N.Paşinyan Qərbdən ciddi təhlükəsizlik təminatları alıb. |
Ona görə də asanlıqla Rusiya və KTMT əleyhinə çıxış edə bilir. |
Əlbəttə, rəsmi İrəvan birdən-birə KTMT-dən çıxmayacaq. |
Amma proses tədricən buna doğru gedir. |
Ermənistanın KTMT-dən çıxması ilə Rusiya nə isə itirməyəcək. |
Amma bu, İrəvanın Moskvaya “meydan oxuması” olar. |
Rusiya isə bunu özünün “arxa bağçası” hesab etdiyi dövlətə bağışlamaz. |
Beləliklə, Ermənistanın Qərblə Rusiya arasında poliqona çevriləcəyi barədə ehtimallar getdikcə artır. |
Rusiya mümkün qədər bundan çəkinməyə çalışacaq. |
Amma məcbur olsa, adekvat addımı atacaq. |
Nəticədə Qərb Rusiyaya qarşı ikinci cəbhə açmaq niyyətinə nail olacaq. |
İndi N.Paşinyan həm həyatı, həm də siyasi hakimiyyəti ilə “qumar oynayır”. |
Ən pis tərəfi odur ki, Qərbin “ipi ilə quyuya düşən” Ermənistanın qazanacaq az, itirəcək isə çox şeyi var. |
Vəkil İqor Buşmanov “Spartak”ın futbolçusu Kvinsi Promesə İrlandiya ilə ekstradisiya müqaviləsi olan ölkələrə səfər etməməsi barədə xəbərdarlıq edib. |
“Təxribat xarakterli hərəkətlərin və həbslə bağlı mümkün neqativ halların qarşısını almaq üçün Promesin İrlandiya ilə cinayət işlərində qarşılıqlı yardım və axtarışda olan şəxslərin ekstradisiyası haqqında sazişi olan heç bir ölkəyə getməməsi məsləhət görülür. |
Bu, onun saxlanması və sonradan ekstradisiya məsələsinin həlli ehtimalını istisna etmir”, - deyə Buşmanov bildirib. |
Qeyd edək ki, martın 23-də “Spartak” Bakıda “Neftçi” ilə oyun keçirməyi planlaşdırır. |
Fevralın 14-də Amsterdam məhkəməsi Promesi kokain qaçaqmalçılığına görə altı il həbs cəzasına məhkum edib. |
İş üzrə məhkəmə iclası yanvarın 24-də baş tutub, prokurorluq Promesin doqquz il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. |
Fevralın 16-da irlandiyalı beynəlxalq axtarışa verilib. |
Fevralın 22-də isə bildirilib ki, Promes həbs olunmamaq şərti ilə Amsterdam məhkəməsində şəxsən ifadə verməyə hazırdır. |
Xatırladaq ki, Promes 2021-ci ilin fevralından “Spartak”da oynayır. |
Bir müddət əvvəl “Təhsil müəssisəsinin əlavə gəlir əldə etmək məqsədilə məşğul olmasına yol verilən sahibkarlıq fəaliyyəti növlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 yanvar tarixli 10 nömrəli Qərarında dəyişiklik edilib. |
Dəyişikliyə görə, tədris prosesində və ya təhsil müəssisələrinin tədris-istehsalat və xidmət sahələrində istehsal edilmiş məhsulların satışı, iş və xidmətlərin göstərilməsi olacaq. |
Bəs bu qərar necə tənzimlənəcək? |
Hazırlanan materiallardan gələn gəlir hansı formada xərclənə bilər? |
Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, “Təhsil haqqında” Qanunun 41.1-ci maddəsinə əsasən, təhsil müəssisəsi öz nizamnaməsi çərçivəsində profilinə və fəaliyyət istiqamətlərinə uyğun olaraq, təhsilin prioritetliyini əsas götürməkl... |
Nazirlər Kabinetinin bu qərarına edilmiş 13 fevral 2024-cü il tarixli son dəyişiklik əldə edilmiş gəlirlərin şagirdlərlə bölüşdürülməsini və ya xərclənməsi mexanizmini deyil, təhsil müəssisəsinin əlavə gəlir əldə etməsi üçün icazə verilən sahibkarlıq fəaliyyəti növlərinin genişləndirilməsi və dəqiqləşdirilməsini ehtiva... |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.