Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Həmin gəlirlərin xərclənməsi Nazirlər Kabinetinin 502 nömrəli 2017-ci il 17 noyabr tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”yə, digər qanunvericilik aktlarına uyğun həyata keçirilir”. |
Təhsil eksperti Elçin Süleymanov yeni qərarı Oxu.Az-a şərh edib. |
O qeyd edib ki, qərara edilən dəyişiklik müsbət bir addımdır:""“Təhsil müəssisələrinin sahibkarlıq fəaliyyəti ilə məşğul olması onlara əlavə gəlir gətirir. |
Bu fəaliyyətlə əldə olunan gəlir təhsil kursu, idman məşqləri və sair sahələrə yönəldilməlidir. |
Qabaqcıl ölkələrdə bu təcrübə var. |
Yəni onlarda bu cür gəlirlər, əsasən, universitetlərdə tədqiqatların maliyyələşdirilməsinə və təhsil müəssisəsinin inkişafına ayrılır. |
Beynəlxalq təcrübə deyir ki, sadəcə, universitetin gəliri, tələbə gəliri olmamalıdır. |
Eyni zamanda, kolleclər, orta təhsil müəssisələri də məsələni bu cür müəyyənləşdirə bilərlər”. |
Ekspert deyir ki, bu məsələdə şəffaflıq əsasdır:""“Əldə olunacaq vəsaitin təyinatının hesabatlılığı və auditorun nəzarəti olmalıdır. |
Şagirdlərin, tələbələrin təhsilinə dəstək verəcək yöndə fəaliyyət olmalıdır. |
Eyni zamanda, bu vəsait təhsil və təhsilverənlərin inkişafına xidmət etməlidir”. |
Qeyd edək ki, “Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə”nin dördüncü maddəsinə görə, büdcədənkənar vəsaitlərin istifadə edilməsi qaydası aşağıdakı kimidir:"- Büdcədənkənar vəsaitlər üzrə əməliyyatların həyata keçirilməsi üçün idarə və t... |
Xərc ilk növbədə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş müdafiə olunan xərc maddələri üzrə aparılır. |
İranda günlərdir davam edən əlverişsiz hava şəraiti daşqınlara səbəb olub. |
Belə ki, ölkənin cənub-şərqindəki Sistan və Bəlucistan əyaləti sel sularına qərq olub. |
Sosial şəbəkələrdə bununla bağlı kadrlar paylaşılır. |
Qeyd edək ki, İranın şimalı da güclü qarın əsarətində qalıb. |
Bununla əlaqədar Rəşt şəhərində aviareyslər təxirə salınıb, bir sıra dövlət müəssisələri müvəqqəti bağlanılıb. |
Doktorantura və rezidenturaya qəbul imtahanlarının tarixlərində dəyişiklik edilib. |
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. |
Bildirilib ki, dəyişikliyə əsasən, doktoranturaya qəbul olmaq istəyən namizədlər və doktoranturada təhsil alan iddiaçılar üçün xarici dil imtahanı 9 iyun tarixində keçiriləcək. |
Buna müvafiq olaraq, əcnəbilər üçün Azərbaycan dili imtahanı 10 iyun, danışıq bloku imtahanı isə 11-14 iyun tarixlərində təşkil olunacaq. |
Rezidentura səviyyəsinə qəbul imtahanının birinci mərhələsinin ikinci cəhdi 23 iyunda keçiriləcək. |
2024-cü ildə keçiriləcək imtahanların qrafiki ilə tam şəkildə buradan tanış olmaq mümkündür. |
İştirakçıların nəzərinə çatdırılıb ki, imtahan və tədbirlərin qrafikində hər hansı dəyişiklik olarsa, bununla bağlı əvvəlcədən ictimaiyyətə məlumat təqdim olunur. |
Fevralın 27-də müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin milli müdafiə nazirinin müavini Şuay Alpayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. |
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. |
Görüşdən əvvəl türkiyəli qonaqlar Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrinə dərin ehtiram nümayiş etdiriblər. |
Müdafiə Nazirliyində keçirilən görüşdə Türkiyə nümayəndə heyətini salamlayan general-polkovnik Z.Həsənov onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. |
Ölkələrimiz arasında ikitərəfli əlaqələrin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edən müdafiə naziri hərbi əməkdaşlığın daha da genişləndirilməsi baxımından bu cür görüşlərin vacibliyini xüsusi vurğulayıb. |
Z.Həsənov Azərbaycan-Ermənistan şərti sərhədindəki əməliyyat şəraiti, eləcə də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatlardan danışıb. |
Özünün də Azərbaycanın bir övladı olduğunu qeyd edən Ş.Alpay göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. |
Ş.Alpay Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülərin salamlarını çatdırıb, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan, uğurla inkişaf edən Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının hazırkı vəziyyətindən məmnunluğunu ifadə edib. |
Türkiyə Respublikasının Azərbaycandakı səfiri Cahit Bağçının da iştirak etdiyi görüşdə regional hərbi əməkdaşlıq sahəsində inkişaf perspektivləri, təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub. |
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə təltif edilən Ş.Alpaya “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalını təqdim edib. |
Sonra Ş.Alpayın rəhbərlik etdiyi nümayəndə heyəti müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay ilə görüşüb. |
Keçirilən görüşlərdə Türkiyədə istehsal olunan müxtəlif növ uçuş vasitələrinin modelləri təqdim olunub, qarşılıqlı hədiyyə mübadiləsi aparılıb. |
“Ana südü ilə qidalanan uşaqların sayı get-gedə azalır. |
Mən hesab edirəm ki, bu, çox təhlükəli tendensiyadır”. |
APA xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin bu gün keçirilən iclasında Əhliman Əmiraslanov deyib. |
O bildirib ki, süni qidaların reklamı məsələsinə baxılmalıdır:""“Bir sıra ölkələrdə süni qidaların reklamı qadağandır. |
Düzdür, dünyanın bir çox ölkələrində həmin qidaların hazırlanması ilə məşğul olan şirkətlər var. |
Amma həmin qidalar nə qədər zəngin tərkibə malik olsalar da, ana südünü əvəzləyə bilməz. |
Buna görə süni qidaların reklamına qarşı mübarizə aparmaq lazımdır”. |
Tovuz Rayon Mərkəzi Xəstəxanasında istilik sistemi ilə bağlı problem yaşanıb. |
Bu iddia ilə Bizim.Media-ya müraciətində Tovuz rayonu Bozalqanlı kənd sakini Natiq Orucov çıxış edib. |
Şikayətçinin sözlərinə görə, qızılcaya yoluxan doqquz aylıq körpəsini iki gün əvvəl Tovuz Rayon Xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinə yerləşdirib. |
Bir gecə qalandan sonra istilik sistemi olmaması səbəbindən xəstəxanadan çıxarıb:“Doqquz aylıq oğlumu iki gün əvvəl axşam saat 23:00-da Tovuz Rayon Mərkəzi Xəstəxanasına apardım. |
Qızılca diaqnozu ilə qəbul edib, xəstəxananın yoluxucu xəstəliklər şöbəsinə yerləşdirdilər. |
Gecə saat 3-də yoldaşım zəng etdi ki, xəstəxanada istilik yoxdur, soyuqdan donuruq. |
Fikirləşdim ki, yəqin istilik sistemində müvəqqəti problem yaranıb, yoluna qoyulacaq. |
Səhər saat yeddidə xəstəxanaya getdim ki, istilik yenə yoxdur. |
Etirazımı bildirdim, problemlə bağlı tutarlı cavab ala bilmədim. |
Uşağı çıxarmaq istəyimi bildirəndə növbətçi həkimlər mane olmağa çalışdılar. |
Əsas da onu gətirdilər ki, saat doqquzda həkimlər gəlsin və imtina ərizəsi yazmalıyam. |
Uşağı buz kimi otaqda saxlayası deyildim ki?! |
Oğlumu xəstəxanadan çıxartdım, dünən isə xəstəxananın təkidi ilə gedib imtina ərizəsi yazdım və şikayətimi ərizədə də bildirdim”. |
Natiq Orucov qeyd edib ki, xəstəxanada istiliyin olmaması təkcə onun övladının deyil, digər uşaqların həyatını da təhlükə altına almış olur:"“Bilirsiniz ki, ölkədə qızılca tüğyan edir. |
Belə bir vəziyyətdə xəstə uşaqlar soyuq və buz kimi otaqlarda necə sağalsınlar? |
Çox güman ki, istilik fasilələrlə verilir. |
Çünki mən bir gün sonra xəstəxanaya imtina ərizəsi yazmaq üçün gedəndə istilik vardı”. |
Şikayətçi onu da əlavə edib ki, sahə həkimi nə onun, nə də qonşuların uşaqlarını bir dəfə də olsun yoxlamağa gəlib:""“Kəndimizdə qızılcaya yoluxan uşaqlar çoxdur. |
Onların arasında sağalanlar da var. |
Qonşu Qədirli kəndində ölüm halı da baş verib. |
Amma bir dəfə də olsun sahə həkimi gəlib bu körpələri yoxlamır. |
Uşaqların həyatı Allahın ümidinə buraxılıb. |
Təsəvvür edin ki, doqquz aylıq uşağa xəstəxanada sistem qoşa bilmədilər. |
Xəstəxanada nə lazımı şərait, nə də tibb personalı var. |
Mənim övladım Tovuz Rayon Mərkəzi Xəstəxanasında 2018-ci ildə doğulub. |
O vaxt da xəstəxananın lampalarını öz hesabıma dəyişdim və evdən qızdırıcı soba aparmışdım. |
Həkim çatışmazlığından isə danışmağa dəyməz”, - deyə şikayətçi əlavə edib. |
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, məsələ araşdırılacaq. |
“Sahibkarlığın İnkişafı Fondu sahibkara 200 min manat güzəştli kredit verib”. |
Oxu.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib:""“Sahibkar Bəhruz Mustafa Göygöldə icra olunacaq südlük istiqamətli heyvandarlığın inkişafı layihəsi üzrə Sahibkarlığın İnkişafı Fondundan (sahibkarlıq) 200 min manat güzəştli kredit əldə edib. |
Biznes təmsilçilərinin bu sahəyə marağı regionlarda məşğulluğun təminatı və ənənəvi kənd təsərrüfatı sahələrinin bərpa edilməsi baxımından da əhəmiyyətlidir”. |
Sahibkar Bəhruz Mustafa Göygöldə icra olunacaq südlük istiqamətli heyvandarlığın inkişafı layihəsi üzrə Sahibkarlığın İnkişafı Fondundan (@sahibkarliq) 200 min ₼ #güzəştlikredit əldə edib. |
#Biznes təmsilçilərinin bu sahəyə marağı regionlarda məşğulluğun təminatı və ənənəvi… pic.twitter.com/lhIWZAmUjS |
Mediada yayılmış məlumatın yerində araşdırılması məqsədilə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, ev 3, mənzil 15 ünvanında fəaliyyət göstərən “Sahra Baku” restoranında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən yoxlama keçirilib. |
AQTA-dan verilən xəbərə görə, baxış zamanı ictimai iaşə müəssisəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu müəyyən olunub. |
Belə ki, işçi heyətin ilkin və dövri tibbi müayinədən keçmədiyi, həmçinin üzərində etiket məlumatları qeyd olunmayan, kiflənmə əlamətləri müəyyən olunan məhsulların satışının həyata keçirildiyi aşkar edilib. |
Həmin məhsullar satışdan kənarlaşdırılıb, sınaq məqsədi ilə məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. |
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müəssisə rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. |
Fövqəladə Hallar Nazirliyi (FHN), Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyinin birgə təşkilatçılığı ilə ətyeyən vəhşi heyvanlar arasında quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə aparılıb. |
Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin helikopterləri vasitəsilə aparılan peyvəndləmə ümumilikdə Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən, Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonları ərazisində kəndətrafı meşəlik sahələrdə həyata keçirilib. |
Müəyyən edilmiş istiqamətlər üzrə mürəkkəb relyefli dağ-meşə massivlərində həyata keçirilən quduzluq xəstəliyi əleyhinə peyvəndləmə prosesi çərçivəsində helikopterlər vasitəsilə meşə zolaqlarına ümumilikdə 1000 kilometrə yaxın məsafədə 13 min ədəd aldadıcı yem səpilib. |
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (“Bandotdel”) paytaxt və bölgələrdə silahlı şəxslərə qarşı əməliyyatlar keçirib. |
DİN-in Mətbuat Xidmətindən verilən xəbərə görə, idarə əməkdaşları tərəfindən paytaxt və bölgələrdə üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan və satışını təşkil edən şəxslərə qarşı növbəti əməliyyatlar keçirilib. |
Tədbirlər zamanı ümumilikdə 19 silahlı şəxs saxlanılıb. |
Onlardan 18 ədəd odlu silah, o cümlədən 6 “Makarov” və Avropa istehsalı olan tapança, 7 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd “PM-98” pulemyotu, 4 ədəd lüləsi və qundağı kəsilmiş ov tüfəngi, həmçinin 243 ədəd müxtəlif çaplı patron aşkar olunaraq götürülüb. |
Silahlı şəxslərdən birindən əlavə olaraq 2 kiloqrama yaxın narkotik vasitə marixuana da aşkar edilib. |
Faktlarla bağlı cinayət işləri başlanılıb. |
Saxlanılan 19 nəfərin hər biri barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir. |
Ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycana qarşı Qərbin total hücum kampaniyasında Avropa İttifaqı (Aİ) öncüllərdəndir. |
Təşkilatın Ermənistanda yerləşdirdiyi bədnam “mülki missiya”sı bu prosesdə xüsusi rol oynayır. |
Missiya birtərəfli qaydada İrəvanı qoruyur, ermənilərin Azərbaycanla şərti sərhəddə törətdiyi təxribatlara susur, əvəzində Bakını günahlandırmağa cəhd göstərir, faktları təhrif edir, reallığa uyğun olmayan bəyanatlar verir. |
Maraqlıdır ki, Fransanın diktəsi ilə birtərəfli qaydada Ermənistanı dəstəkləyən missiyadan artıq ermənilərin özləri də narazıdırlar, bununla bağlı tənqidlərini açıq şəkildə dilə gətirirlər. |
Tənqidlər hansısa xarici və yaxud Rusiya mediasında deyil, elə erməni mətbuatında geniş yayılır. |
Ekspert və politoloqlar səviyyəsində bu ittihamların sayının artdığı müşahidə olunur. |
Xüsusən də, Azərbaycan-Ermənistan şərti sərhədində ermənilərin törətdiyi təxribat və Bakının buna qarşı layiqli cavab aksiyasından sonra bu məsələ daha da aktuallaşıb. |
Erməni politoloq Hayk Nahapetyanın səsləndirdiyi ittihamlar da buna bariz nümunədir. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.