Search is not available for this dataset
text
stringlengths
10
518k
O, yalnız Avropa İttifaqı missiyasını deyil, Ermənistan rəhbərliyini də tənqid edib.
Siyasi icmalçı baş nazir Nikol Paşinyan hökumətində təmsil olunan yüksək rütbəli rəsmiləri yalan danışmaqda günahlandırıb.
H.Nahapetyan “Ermənistanın səsi” radiosuna müsahibəsində konkret olaraq ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı yalançı adlandırıb.
Onun Zəngəzurun Nerkin And kəndi yaxınlığında baş vermiş son silahlı insidentin Aİ sayəsində qarşısını almaq mümkün olması barədə bəyanatını şərh edib.
Qeyd edək ki, A.Qriqoryan “Rusiya hərbçiləri insidentin qarşısını ala bilməyib” demişdi.
Onun sözlərinə görə, avropalı müşahidəçilərin bu əraziyə çıxışı yoxdur, yalnız Rusiyanın çıxışı var, çünki orada olan Moskvanın hərbçiləridir.
“Armen Qriqoryan yalan danışır.
Nə Nikol Paşinyan, nə də onun hökumətinin üzvləri yalana görə hüquqi, cinayət, mənəvi və ya inzibati məsuliyyət daşıyırlar.
Bu səbəbdən də dezinformasiya yaya bilərlər.
İnsanları manipulyasiya etmək üçün yalan alətə çevrilib və indi daha çox yayılıb”, - siyasi icmalçı bildirib.
Yeri gəlmişkən, H.Nahapetyan ölkənin nüfuzlu ekspertlərindən biri sayılır və Rusiyaya yaxınlığı ilə seçilir.
Bu səbəbdən də onun Aİ missiyasını tənqid hədəfinə çevirməsi adi siyasi şərh sayıla bilməz.
Digər bir səbəb də o ola bilər ki, ermənilər son sərhəd insidentləri zamanı Aİ missiyasının susqunluğundan narazıdır, avropalıların tutduğu mövqe erməniləri özündən çıxarıb.
H.Nahapetyanın sözlərinə görə, bir ildən artıqdır ki, Ermənistanda olan Aİ missiyası gərginliyi azaltmaq üçün heç bir addım atmır:“Eyni zamanda, sərhəddə son hadisə zamanı Aİ müşahidəçilərinin niyə regional və ya paytaxt mehmanxanalarında və restoranlarda olduqları aydın deyil”.
Müşahidəçilər missiyasının rəhbəri Markus Ritter də politoloqun sərt tənqidlərindən kənarda qalmayıb.
Onun “bu günə qədər missiya sərhədyanı rayonlarda sülh və təhlükəsizliyə töhfə verən 1720 patrul xidməti həyata keçirib” sözlərini şərh edən Nahapetyan qeyd edib:“Daha bir yalan.
Armen Qriqoryan da eyni yalanları rəsmi səviyyədə təkrarlayır.
Gəlin özümüzə sual verək:hadisə niyə Nerkin And kəndi yaxınlığında baş verdi?
Çünki oradakı yüksəkliklər əsasən azərbaycanlıların əlindədir.
Ermənistanda Aİ missiyasına fantastik imtiyazlar verilir.
Aİ missiyasının fəaliyyəti üçün Ermənistana gətirilən əmlak və avadanlıqlar heç bir şəkildə yoxlanılmır, işçilərin maaşlarından vergi tutulmur, dövlət qurumlarının mütləq dəstəyindən istifadə edirlər.
Üstəlik, onlar ümumiyyətlə Aİ müşahidəçiləri deyillər”.
Ekspert Kanadanın bu missiyada iştirakı məsələsini də qaldırıb:“Kanada Avropa İttifaqının üzvü deyil, elə deyilmi?
Buna baxmayaraq, Kanada nümayəndələri müşahidə missiyasına salınıblar.
Buradan sual yaranır:bunlar Avropa İttifaqının, yoxsa Kanadanın da üzvü olduğu NATO-nun müşahidəçiləridir?
Qeyd etmək lazımdır ki, bu, Aİ-nin müşahidə missiyası deyil, NATO-nun müşahidə missiyasıdır.
Oradan “müşahidəçilər” sözünü çıxarın, çünki əslində bu, Ermənistanda NATO-nun kəşfiyyat strukturudur və onun maraqlarına xidmət edir”.
Qeyd edək ki, fevralın 20-də bədnam missiya Ermənistandakı fəaliyyətinin ildönümü ilə bağlı brifinq keçirib.
Aİ-nin Ermənistandakı missiyasının rəhbəri Vasilis Maraqos iddia edib ki, missiya bölgədə sülhün qorunub saxlanılmasında mühüm rol oynayıb və bu, onların əsas prinsipidir.
Lakin missiyanın brifinqi bir çox suallar doğurub.
Məsələn, tədbirdə səslənən fikirlər arasında diqqəti çox diqqət cəlb edən Rusiyanın sərt formada ittiham olunmasıdır.
Missiya rəhbəri qəzəblə bildirib ki, Moskva Aİ missiyasının müşahidəçilərini Zəngəzur vilayətinin Nerkin And yaşayış məntəqəsinə buraxmayıb.
Məhz həmin ərazidə şərti sərhəddə təxribat törədən dörd erməni silahlısı məhv edilib.
Bu narazılığı Aİ missiya rəhbəri ilə yanaşı, brifinqdə iştirak edən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da səsləndirib.
Beləliklə, brifinqi Ermənistan və Aİ-nin Rusiyaya qarşı total hücumuna rəsmən start verilməsi də adlandırmaq olar.
Bəllidir ki, Qərbin Ermənistan planında Moskvanın bölgədən sıxışdırılıb çıxarılması prioritet məsələdir.
Bundan başqa, hər vəchlə İrəvanın KTMT-dən uzaqlaşmasına və yekunda Rusiyaya məxsus 102-ci hərbi bazanın ölkədən çıxarılmasına çalışılır.
Ona görə də Avropa İttifaqı Ermənistandakı missiyasının üzvlərinin sayını artırır.
Missiya üzvlərinin sayının artırılması, Rusiyaya qarşı ittihamların hədəf bəllidir:Ermənistanı Ukraynaya, Suriyaya çevirmək.
Deyəsən, planlarını da reallaşdırmağa yaxındırlar.
“Qadının üzündəki sızanaqlar ciddi bir xəstəliyin xəbərçisi ola bilər”.
Bu barədə Rusiyanın tanınmış terapevti və teleaparıcısı Yelena Malışeva xəbərdarlıq edib.
O, zərərsiz görünən bu simptomun yumurtalıqların polikistoz sindromunun ilk əlaməti ola biləcəyin deyib.
“Bu xəstəlik zamanı yumurtalıqlar qadın cinsi hormonlarını istehsal etmirlər və nəticədə orqanizmdə kişi cinsi hormonları üstünlük təşkil etməyə başlayır.
Bu xəstəliyin başqa bir əlaməti isə bütün bədənin tüklənməsidir”, - deyə həkim bildirib.
Mütəxəssis sızanaqları çox olan xanımlara ginekoloqa müraciət etməyi və onlarda polikistoz yumurtalıq sindromunun olub-olmadığını öyrənməyi məsləhət görüb.
Malışeva onu da vurğulayıb ki, bu xəstəliyi uğurla müalicə etmək olar.
Tehranın Şəhid Çamran Universitetinin qızlar yataqxanasında tələbələr universitetin rektoru Məhəmməd Əli Axundun Ramazan ayı bəhanəsi ilə dərslərin onlayn keçirilməsi və yataqxananın boşaldılması ilə bağlı göstərişinə etiraz ediblər.
“Azad İran” “Telegram” kanalının məlumatına görə, qərara qarşı etiraz aksiyası keçirən tələbələr şüarlar səsləndiriblər:""“Biz sizin tamaşa etməyinizi istəmirik, bizə qoşulun!”, “Onlayn təhsil istəmirik, istəmirik!”, “Tələbə qışqır, haqqını alanadək fəryad et!”"Qeyd olunub ki, tələbələr universitetin bu qərarını qızlar...
Yunanıstanın paytaxtı Afinada taksi sürücüləri SATA həmkarlar ittifaqının qərarı ilə ikigünlük tətil elan ediblər.
Məlumata görə, ölkədə onlarla yanaşı, dəmiryol işçiləri və dövlət sektoru işçiləri kimi digər sektorların həmkarlar ittifaqları da tətil edəcəklər.
Bildirilib ki, bu tətillərə səbəb taksi sürücülərinin ağır vergi yükünə məruz qalmalarıdır.
İttifaq, xüsusilə, hökumətdən taksi xidmətləri üzrə ƏDV dərəcəsinin 13% səviyyəsində saxlanmasını, 2026-cı ildən etibarən yalnız sıfır tullantılı yeni taksilərin qeydiyyata alınmasının öhdəliyi barədə qərarın ləğvini tələb edir.
Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakıdan Monteneqronun kurortu olan Tivat şəhərinə bilet satışına start verdiyini elan edir.
Bakı-Tivat-Bakı marşrutu üzrə ilk reys mayın 2-nə planlaşdırılıb.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.
Bu marşrut üzrə uçuşlar həftədə iki dəfə həyata keçiriləcək.
May ayında Bakı ilə Tivat arasında uçuşlar həftədə bir dəfə - cümə axşamı günləri yerinə yetiriləcək, iyunun 10-dan isə bu istiqamətdə daha bir reys - bazar ertəsi günləri əlavə olunacaq.
Səyahət və istirahət üçün mükəmməl seçim olan Tivat gözəl çimərlikləri, füsunkar təbiəti və bənzərsiz memarlığı ilə səyahətçiləri cəlb edir.
Moskvada Rusiya Müdafiə Nazirliyinin binasını izləyən antenli videokamera aşkarlanıb.
Rusiya Müdafiə Nazirliyinin Frunzenskaya sahilindəki binasını müşahidə edən kamera yaxınlıqdakı binanın çardağında tapılıb.
Cihazı təsadüfən evə baxış keçirən kommunal işçilər görüblər.
Kamera ştativə quraşdırılıb və çox gözə çarpmaması üçün obyektivi divara doğru çevrilmiş olub.
Cihaz Rusiya Müdafiə Nazirliyinin binası yaxınlığında nələrin baş verdiyini fasiləsiz olaraq yayımlaya və görüntünü onlayn olaraq uzaq məsafəyə ötürə bilib.
Hazırda avadanlıq sökülərək mütəxəssislərə təhvil verilib.
“Ermənistan Xarici İşlər Nazirliyinin Sumqayıt hadisələri ilə bağlı bəyanatında Azərbaycana qarşı irəli sürdüyü iddialar tamamilə əsassız olmaqla yanaşı, tarixi faktların təhrif edilməsi və saxtalaşdırılmasıdır”.
Bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan XİN-in Sumqayıt hadisələri ilə bağlı bəyanatına dair şərhində əksini tapıb.
O vurğulayıb ki, bu bəyanat 1980-ci illərin sonlarından başlayaraq Ermənistanın Azərbaycana qarşı əsassız və qeyri-qanuni ərazi iddialarını həyata keçirmək məqsədilə zorakılıq əməllərini, Ermənistan ərazisində yaşayan azərbaycanlı əhalinin kütləvi qovulmasını, Azərbaycan xalqına qarşı terroru, etnik zəmində təxribatlar...
Hadisənin qurbanları arasında altı azərbaycanlının olması bu iğtişaşların azərbaycanlı əhali tərəfindən həyata keçirilmədiyini sübut edir.
Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, hadisələrin səbəbkarı, yürüşə başçılıq edən, şəxsən 6 nəfəri öldürən və erməni millətindən olan 3 qadına təcavüz edən şəxs milliyyətcə erməni olan Eduard Qriqoryan olub və onun barəsində Sumqayıtda yaşayan ermənilərin çoxsaylı şahid ifadələri toplanıb.
Məhkəmənin qərarı ilə 12 il azadlıqdan məhrum edilən E.Qriqoryan cəzasını çəkmək üçün Ermənistana köçürülüb və daha sonradan azadlığa buraxılıb.
27-29 fevral 1988-ci il tarixli Sumqayıt hadisələri ilə əlaqədar məhkəmə prosesinin nəticələri ilə bağlı təqsirkar bilinən 92 nəfər barəsində həbs cəzası verilib, həmçinin bir nəfər ölüm cəzası alıb.
Müqayisə üçün onu da qeyd etmək istərdik ki, 1980-ci illərin sonlarında Ermənistan SSRİ-də azərbaycanlıların tarix boyu sıx yaşadıqları rayonlardan 300 minə yaxın əhalinin zorla qovulması zamanı 200-dən çox azərbaycanlının ölümündə təqsirli olanlar barəsində heç bir tədbir görülməyib.
Bununla yanaşı, Azərbaycan ərazilərinə qarşı hərbi təcavüz zamanı Ermənistanın Xocalı daxil olmaqla bir çox şəhər və kəndlərdə törətdiyi çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətləri törədənlərdən heç kimin bu günədək hüquqi məsuliyyətə cəlb olunmadığı Ermənistan XİN-ə məlumdur.
Ermənistan XİN-ə xatırladırıq ki, Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınmış suveren ərazisinin bir hissəsində Ermənistanın onilliklər boyu davam edən hərbi işğalına son qoyub, ərazi bütövlüyü və suverenliyini təmin edib.
Ermənistan tərəfinin guya ermənilərə qarşı etnik təmizləmə siyasəti həyata keçirildiyi, tarixi və dini abidələrin hədəf alındığı barədə iddialar səsləndirmək əvəzinə, nəinki indiki Ermənistan ərazisində, eləcə də işğal dövründə azərbaycanlılar və Azərbaycan irsinə qarşı törətdiyi cinayət əməllərinə nəzər yetirməsi daha...
Okeanın ən səs-küylü balığı müəyyən edilib.
Alman elm adamları aparılan araşdırmalardan sonra, bu balığın uzunluğu cəmi 12 millimetr olan “Danionella serebrum”u olduğu qənaətinə gəliblər.
Əslində, bu məsələ tam təsadüfən ortaya çıxıb.
Belə ki, alimlər laboratoriyada akvariumdan gələn sirli tıqqıltı səslərini eşidiblər və bunun mənşəyini araşdırmağa başlayıblar.
Məlum olub ki, bu səs kiçik, şəffaf balıqdan gəlir, o, üzmə kisəsi vasitəsilə bu səsi çıxardır.
Müşahidələr göstərib ki, “Danionella serebrum” çox kiçik ölçüsünə baxmayaraq, suda 140 desibel həcmində səs çıxarmağa qadirdir - bu, çəkic zərbəsinin səsi, yaxud silahdan açılan atəş səsi ilə müqayisə edilə bilər.
Tədqiqatçılar belə nəticəyə gəliblər ki, “Danionella serebrum” indiyə qədər kəşf edilmiş ən səs-küylü dəniz balığıdır.
“Təəssüf ki, insanlar qəddarlaşıblar.
Bunu Oxu.Az-a müsahibəsində türkiyəli ilahiyyatçı Nihat Hatipoğlu deyib.
İlahiyyatçı ilə Bakıda təşkil olunan konfrans ərəfəsində görüşdük.
Onunla müsahibəni təqdim edirik:""- Nihat bəy, müsahibə təklifini qəbul etdiyiniz üçün təşəkkürümüzü bildiririk.
Bakıya ilk dəfədirmi gəlirsiniz?
Ramazana da sayılı günlər qalır.
Bu ərəfədə səfəriniz, yəqin ki, təsadüfi deyil.
Bir-iki məsələ var, bunlarla bağlı gəlmişəm.
Bakını, demək olar ki, tanıyıram.
Bura çox soyuqdur, bir qədər küləklidir.
Bakıdakı konfransın Ramazana təsadüf etməsi də gözəl oldu.
İştirakçılar da bu təsadüfə şaddırlar.
Dinimiz, peyğəmbərimiz ilə bağlı məlumatlar verəcəyik.
- İştirakçılara nə kimi tövsiyələr verəcəksiniz?
- Türkiyədə proqramlarımda da peyğəmbərimizlə bağlı hədislərdən danışıram.
Konfranslarda bir-birimizi sevməyin vacibliyindən danışıram.
Tolerantlıq göstərməyin niyə gərəkli olduğunu izah edirəm.