Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Dini bilgilər verir, sualları cavablandırıram. |
- Bəzən dini insanları idarə etmək üçün ən güclü alət hesab edirlər. |
- Dinin əxlaqında deyilir ki, yalan danışma, yetim haqqı yemə, məzluma pis baxma. |
Qurani-Kərim və peyğəmbərimizin sözlərindən hər kəs yararlanmalıdır. |
Dinə az və ya çox inananlar da sevgili Qurani-Kərimimiz və peyğəmbərimizə möhtacdırlar. |
Onlardan hər kəs faydalanmalıdır. |
- Qurani-Kərimdə buyurulub ki, Allah bağışlayandır. |
İlahiyyatçı kimi, necə düşünürsünüz, əgər Allah bağışlayandırsa, cənnət və cəhənnəm anlayışları necə izah olunmalıdır? |
- Cəhənnəm pis insanlar üçün ürküdücüdür. |
Cəhənnəm yaxşı insanlar üçün deyil. |
Biri insanı və ya heyvanı öldürür, cinayət işlədirsə, cəhənnəmi düşünməlidir. |
Cəhənnəmə pis olmayan insan düşmür. |
Qurani-Kərim həmişə qarşımıza iki zidd qütbü qoyur:aydınlıq-qaranlıq, yaxşı-pis, cənnət-cəhənnəm, mələk-şeytan. |
Bunları önümüzə qoyur ki, biz doğru olanı seçək. |
- Qiyamət günü bizə hansı suallar veriləcək və ya həmin günü təsvir edəcək ayələr varmı? |
Bu barədə çox uzun danışmaq olar. |
Qiyamət günü hər şey ortaya çıxacaq. |
İnsan zərrə qədər yaxşılıq və pislik edibsə, qarşısına çıxacaq. |
Biz cənnət sevdası, yaxud cəhənnəm qorxusuna görə yox, Allah bizi sevsin deyə yaxşılıq etməliyik. |
İnsanları xoşbəxt etməyə çalışmalıyıq. |
- Son zamanlar cinayət hadisələri artıb. |
Nə düşünürsünüz, insanlar qəddarlaşıblar? |
- Bəli, insanlar qəddarlaşıblar. |
Təəssüf ki, islam əxlaqı yaşanmır. |
Yaxınlarda bir statistik məlumat oxudum:beş-altı min insan tək yaşamağı seçir. |
Bunlar hamısı dərman və xəstəliklərin təsiridir. |
- Kişilər qadına, qadınlar kişiyə çevrilmək üçün tibbin imkanlarından istifadə edirlər. |
Nihat bəy, cinsi dəyişdirmək islamda yolveriləndirmi? |
- Allah qadını qadın, kişini kişi olaraq yaradıbsa, elə də qalmalıdır. |
Bir-birlərini tamamlamalıdırlar. |
Hər bir atılan addımın öz cəzası var. |
- Namaz qılıb, sonra qılmamaq nə dərəcədə günahdır? |
- Gözəl əməllər davamlı və daimi olmalıdır. |
Peyğəmbərimiz deyir ki, “ən gözəl əməl, az olsa da, daimi olandır”. |
Əskiklərimizi Allah tamamlayar. |
- Müsəlman birinin inancı olmayan başqa birini dinə yönləndirmək kimi məcburiyyəti varmı? |
Bizə görə, müsəlman olan cəhənnəmdən özünü qurtarar. |
Müsəlman bu gözəlliyi yaymalıdır. |
Digər dinlərə toxunmadan, gözəlliklə etməlidir. |
Dinin gözəlliyindən danışaraq insanlara çağırış etməlidir. |
- Dəhşətli bir qətl törətmiş şəxsin mühakiməsi bütün insanlar tərəfindən maraqla qarşılanır. |
Azərbaycanda yaxın vaxtlarda baş vermiş dəhşətli hadisə də bu qəbildəndir. |
Qətli törətmiş şəxsin əqli vəziyyəti normal deyil, şizofreniya əlamətlərinə sahibdir. |
Qanunla bu cür əməllərin cəzası təxminən bəllidir. |
Bəs şəriətlə mühakimə olunsa, bu şəxsin cəzası necə olardı? |
- Cinayət işləyən cəzasını mütləq almalıdır. |
Təbii ki, cinayətkarın cəzasını dövlət verir. |
Lakin Qurani-Kərimdə deyilir ki:“Kim bir müsəlmanı bilərək öldürübsə, əbədi olaraq cəhənnəmdə qalır”. |
Hər zaman sülh və salamatlıq olsun! |
Qeyd edək ki, türkiyəli ilahiyyatçı Nihat Hatipoğlu Beylimedia və Excevent şirkətinin təşkilatçılığı ilə Bakıya səfər edib. |
Daha çox foto burada:PhotoStock.az"Nəzrin Vahid |
“Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əsas məqsədlərindən biri 2050-ci ilə qədər “xalis sıfır” (Net Zero) hədəflərinə çatmasıdır”. |
Oxu.Az xəbər verir ki, bu barədə bu gün SOCAR prezidenti Rövşən Nəcəf və bp-nin strategiya və davamlılıq üzrə icraçı vitse-prezidenti Culia Kerkia ilə görüşündə bildirilib. |
Görüşdə cari il COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı yekdil qərarın beynəlxalq ictimaiyyətin ölkəmizə olan yüksək etimadının göstəricisi olduğu vurğulanıb. |
Ötən ilin dekabrında SOCAR və bp şirkətləri arasında ətraf mühitin mühafizəsi sahəsində birgə əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə dair imzalanan anlaşma memorandumunun əhəmiyyəti qeyd olunaraq bu istiqamətdə görülən işlər nəzərdən keçirilib. |
SOCAR-ın ekoloji sahədə fəaliyyəti, orta və uzunmüddətli perspektivdə emissiyaların azaldılması ilə bağlı müəyyənləşdirilən hədəfləri barədə məlumat verilib, hasilat prosesində məşəldə yandırmaların sıfıra endirilməsinin, emissiya intensivliklərinin azaldılmasının, “sıfır metan” hədəflərinə çatmanın şirkətin əsas məqsə... |
Tərəflər, həmçinin enerji keçidi və qarşılıqlı maraq doğuran digər məsələlər üzrə fikir mübadiləsi aparıblar. |
“Gənclik Mall” Ticarət Mərkəzində yerləşən “CineMastercard” premium kinoteatrında aktyor-rejissor Hikmət Rəhimovun dram janrında çəkdiyi “Apatiya” filminin təqdimatı keçirilib. |
Oxu.Az xəbər verir ki, imza gününə gələn qonaqlar filmi yaradıcı heyətlə birlikdə izləyiblər. |
Sonra rejissor və komandası öz çıxışında tamaşaçılara təşəkkür edib. |
Hikmət Rəhimov “Apatiya”nın məqsədindən, onun verdiyi mesajdan danışıb. |
İmza günü maraqlı anlarla yadda qalıb. |
Gələn qonaqların arasında yazıçılar, telejurnalistlər, sayt rəhbərləri, mədəniyyət işçiləri və başqa sahələrin nümayəndələri də olub. |
Filmi izləyənlər yaradıcı heyətlə şəkil çəkdirib imza alıblar. |
Qeyd etmək istərdik ki, “Apatiya” filmi bütün “CineMastercard” kinoteatrlar şəbəkəsində nümayiş olunur. |
İspaniya məhkəməsi “Real Madrid” və “Atletik” (Bilbao) futbol klublarının ölkə çempionatının təşkilatçısı olan La Liqa rəhbərliyinə qarşı iddialarını rədd edib. |
Klublar La Liqanı “CVC Capital Partners” şirkəti ilə müqavilə bağlamaq istəmədikləri üçün məhkəməyə veriblər. |
Məhkəmə isə klubların səhmlərinin 8,2%-nin “CVC Capital Partners”ə köçürülməsi müqabilində vəsaitin alınması ilə bağlı əməliyyatı qanunsuz hesab etməyib. |
Amma bildirilib ki, məhkəmə qərarından müəyyən edilmiş qaydada şikayət verilə bilər. |
Qeyd edək ki, “Real Madrid” və “Atletik” İspaniya çempionatının yüksək və birinci divizionlarından “CVC Capital Partners” ilə müqaviləni tanımayan yeganə klublar olaraq qalırlar, 38 klub isə şirkətlə müqavilə imzalayıb. |
Müqavilə 2021-ci ilin sonunda təsdiqlənib və 50 il müddətinə qüvvədədir. |
2022-ci ilin yanvarında “Real Madrid” və “Atletik” müqavilənin İspaniya futboluna zərər verdiyini və ölkənin idman qanunlarını pozduğunu bildirərək məhkəməyə şikayət ediblər. |
Türkiyənin dəbdəbəli həyatları ilə diqqət çəkən beş aktyorunun sərvəti açıqlanıb. |
Dünyaca məşhur ulduzların sərvətləri barədə məlumat verən “Celebsrevealed.com” saytında bu dəfə Türkiyənin ən zəngin sənətçiləri yer alıblar. |
“Lale devri”, “Medcezir”, “Fi” və son olaraq “Aile” kimi seriallarda rol alan Serenay Sarıkaya siyahıda beşinci yerdə qərarlaşıb. |
Sarıkayanın mal varlığı 186 milyon Türkiyə lirəsi təşkil edib. |
İş adamı Hakan Sabancı ilə münasibətləri və daim tənqid hədəfinə tuş gələn aktyorluğu ilə gündəmdə olan Hande Erçel siyahının dördüncü pilləsində yer alıb. |
Handenin sərvəti 249 milyon Türkiyə lirəsidir. |
Üçüncü yerdə son zamanlar jurnalistlərlə etdiyi mübahisələri gündəmdə olan və hazırda aktyorluq karyerasını İtaliyada davam etdirən Can Yaman qərarlaşıb ki, onun mal varlığının 10 milyon dollar, yəni 311 milyon Türkiyə lirəsi olduğu bildirilib. |
Siyahının ikinci pilləsində “Muhteşem yüzyıl” serialı ilə məşhurlaşan Meryem Üzerli yer alıb. |
Üzerlinin sərvəti 10 milyon dollar, yəni 311 milyon Türkiyə lirəsidir. |
Ən son “Aile” serialında rol alan Kıvanç Tatlıtuğ serial və filmlərlə yanaşı, bir çox reklamlarda da oynayır. |
Tatlıtuğun sərvəti 15 milyon dollar, yəni 466 milyon Türkiyə lirəsidir. |
“Ermənistan baş naziri Nikol Paşinyanın qərəzli açıqlamaları, Azərbaycanı guya müharibəyə hazırlaşmaqda ittiham etməsi Qərbin Cənubi Qafqazdakı çirkin maraqlarından xəbər verir. |
Proseslərin təhlili göstərir ki, Qərb Ermənistanı Azərbaycana qarşı müharibəyə hazırlayır”. |
Onun sözlərinə görə, buna dəlalət edən kifayət qədər faktlar var:""“Faktlar sırasında Ermənistana siyasi və hərbi dəstəyin verilməsini, Fransa dövlət başçısı Emmanuel Makronun N.Paşinyanın yanında olması haqqında bəyanatı, Qərbin az qala bütün arenalarda İrəvana etdiyi yardımı qeyd etmək olar. |
Bütün bunlar çirkin hədəf və məqsədlərə xidmət edir. |
Eyni zamanda, xüsusi qeyd etməli olduğumuz məqam Fransa, eləcə də digər Qərb dövlətləri tərəfindən Ermənistanın davamlı silahlandırılmasıdır. |
Son zamanlar bunu açıq-aydın nümayiş etdirirlər. |
Fransa rəsmiləri Ermənistana gələrək, hərbi əməkdaşlıq müqavilələri bağlayırlar və İrəvanda oturub, Azərbaycana qarşı ittihamlar səsləndirirlər”. |
Deputat hesab edir ki, Ermənistan son günlərdə ümumiyyətlə, sülh müqaviləsi barədə düşünmür, sadəcə Azərbaycanı ittiham etməklə məşğuldur:""“Hazırda bölgədə Fransanın simasında Qərb və Rusiya qarşıdurması gedir. |
Qərb çalışır ki, Cənubi Qafqazda yeni cəbhə, münaqişə yaratsın. |
Hesab edirəm ki, bu, çox təhlükəli yanaşmadır və bütün dövlətlər üçün ciddi problem yarada bilər”. |
Parlamentari bildirib ki, Ermənistanın addımları bölgəni ciddi formada təhdid edir:""“Yaradılan vəziyyət Cənubi Qafqaza yeni münaqişələr, qarşıdurmalar vəd edir, gərginliyi artırır. |
Qərb dövlətləri təxribatların həm onlar üçün, həm də Ermənistan üçün ciddi fəsad və təhlükə yaradacağını nəzərə almalıdırlar. |
Hazırda məsuliyyət Ermənistanın üzərinə düşür. |
Ermənistan 30 il ərzində Azərbaycanın xəbərdarlığından nəticə çıxarmadı və çox ağır itkilərlə, faciələrlə üz-üzə qaldı. |
Bölgədə gərginlik yaratmaq Ermənistana yaxşı nəsə vəd etmir”. |
İrlandiyadakı Arma Rəsədxanasının və London Universitet Kollecinin britaniyalı astronomları digər ölkələrdən olan həmkarlarının iştirakı ilə çapıqlara bənzəyən metal səpintiləri olan qeyri-adi sönmüş “WD 0816-310” ulduzunu aşkar ediblər. |
Sönmüş ulduzlar və ya ağ cırtdanlar Günəş kimi ulduzların mövcudluğunun son mərhələlərində əmələ gəlirlər. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.