Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Kəşf müəlliflərinin fikrincə, “WD 0816-310”un əsas xüsusiyyəti ağ cırtdanın zombi kimi ətrafdakı planetləri və asteroidləri udmaqla aldığı metal izləridir. |
Türkiyənin Çanakkale şəhərində 4,6 bal gücündə zəlzələ baş verib. |
Oxu.Az-ın məlumatına görə, bu barədə Türkiyə Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Edilməsi Agentliyindən (AFAD) xəbər yayılıb. |
Məlumata görə, yeraltı təkanlar Biga rayonunda qeydə alınıb. |
Bildirilib ki, zəlzələnin ocağı yerin yeddi kilometr dərinliyində olub. |
Ən son rol aldığı “Camdaki kız” serialı ilə yadda qalan məşhur türkiyəli aktrisa Burcu Biricik əyləncəli hamiləlik fotolarını paylaşıb. |
2014-cü ildə reklamçı Emre Yetkinlə ailə həyatı quran aktrisa qız övladına hamilədir. |
34 yaşlı Burcu özünəməxsus hamiləlik pozalarını yayımlayıb. |
Bir-birinin ardınca paylaşımlar edən Burcu Biricik həyat yoldaşı Emre Yetkin və rejissor Buğra Alkıroğlu ilə güzgü qarşısında çəkdirdiyi əyləncəli fotonu da əlavə edib. |
Hamiləlik fotoları qısa zamanda izləyicilərinin böyük marağına səbəb olub. |
Həmçinin dostlarından çox sayda şərhlər gəlib. |
Merve Dizdar, Demet Evgar, Pınar Deniz, Enis Arıkan və Ecem Özkaya kimi məşhur adlar da aktrisanın fotolarına rəy bildiriblər. |
Ötən ilin yanvar ayından keçmiş məcburi köçkünlər üçün tikilmiş və istifadəsiz mənzillərin onlayn satışına başlanılıb. |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlayn formada satışı həyata keçirilən mənzillər paytaxtın Sabunçu rayonunun Ramana və Kürdəxanı qəsəbələrində, Qaradağ rayonunun Ümid qəsəbəsində, habelə Abşeron və Samux rayonlarındakı yeni yaşayış binalarında yerləşir. |
Qaydalara görə, hər kəsə mənzilləri almaq hüququ və maksimum üç mənzili bron etmək imkanı verilir. |
Həmçinin, mənzilləri banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar. |
Mənzillərin qiymətinə gəldikdə isə vətəndaşlara güzəştli şərtlərlə təklif olunan mənzillərin satış qiyməti Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən təyin edilmiş orta bazar qiymətindən aşağı müəyyən olunub. |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, satışa çıxarılan mənzillərin dəyərini nazirlik tərəfindən dəvət olunan müstəqil qiymətləndiricilər təyin ediblər. |
Nümunə üçün satışa çıxarılan mənzillərin bəzilərinin qiymətləri ilə tanış olaq:""Bakının Ümid qəsəbəsində satışa çıxarılan 83,5 kvadrat metr sahəsi olan üçotaqlı mənzilin qiyməti 58 450 manatla 61 790 manat arasında dəyişir. |
Ramana qəsəbəsində satışa çıxarılan hələ bron edilməmiş 67 320 manata təklif olunan üçotaqlı mənzillər mövcuddur. |
Abşeron rayonundakı yeni yaşayış kompleksində də eyni göstəricilərlə oxşar qiymətə mənzillər təklif olunur. |
Satış prosesinin 2023-cü il iyulun 1-dək davam edəcəyi gözlənilsə də, hazırda nazirliyin müvafiq portalına daxil olduqda hələ də satılmayan, öz alıcısını gözləyən mənzillərin mövcudluğu aydın olur. |
Maraqlıdır ki, digər sosial layihələrdə güzəştli şərtlər və ya bazar qiymətindən aşağı qiymətə təklif edilən mənzillərin satışı bir neçə saniyə ərzində yekunlaşır. |
Hazırda neçə mənzilin satıldığını öyrənmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə sorğu ünvanladıq. |
Qurumdan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, 1662 mənzildən 300 mənzil satılıb:""“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakıda, Abşeron və Samux rayonlarında yerləşən binalardakı mənzillərin onlayn satışı “ms.sosial.gov.az” portalında həyata keçirilir. |
Ötən ildən başlayan proses ümumilikdə beş kompleks üzrə 1662 mənzili əhatə edir. |
Onlardan 300-ə yaxın mənzilin satışı artıq həyata keçirilib. |
Sözügedən komplekslərdən üçü - Bakının Qaradağ rayonundakı Ümid qəsəbəsində, Abşeron və Samux rayonlarında yeni binalarda yerləşən, çıxarışlı və tam təmirli mənzillərin onlayn satışı hazırda davam edir. |
Mənzilləri alan şəxslər tərəfindən mənzillərin dəyəri tam ödənilməklə onlarla notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanır və mənzillər sahiblərinə təqdim olunur. |
Yeni binalarda yerləşən həmin mənzillər hər biri çıxarışlı və tam təmirlidir, istifadə olunmayıb. |
Satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldiləcək”. |
Bir sözlə, bir il ərzində mənzillərin təxminən 18-19 faizi satılıb. |
Erməni hərbçi Avak Zakaryanı güllələyərək öldürən həmkarı saxlanılıb. |
Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. |
Bildirilib ki, fevralın 24-ü axşam saatlarında iki hərbçi arasında cəbhə xəttində səngərdə olarkən dava düşüb. |
“Kalaşnikov” avtomatından Zakaryana bir dəfə atəş açıb. |
Zakaryan aldığı yaradan xəstəxanaya aparılarkən yolda vəfat edib. |
məhkəmənin qərarı ilə həbs olunub. |
Fevralın 27-də Yeni Kaledoniyanın paytaxtı Numeada, məhkəmə qarşısında Fransanın müstəmləkəçilik siyasətinə qarşı növbəti etiraz aksiyası keçirilib. |
APA xəbər verir ki, etirazçılar Fransa hakimiyyəti tərəfindən saxlanılmış fəalların azadlığa buraxılmasını tələb ediblər. |
Xatırladaq ki, 21 fevral tarixində Fransanın daxili işlər və dənizaşırı naziri Jerald Darmaninin Yeni Kaledoniyaya səfəri zamanı orada etiraz aksiyası keçirilib. |
Həmin aksiya zamanı Yeni Kaledoniyanın müstəqilliyi uğrunda mübarizə aparan bir neçə fəal Fransa polisi tərəfindən həbs edilib. |
Fevralın 27-də baş tutmuş aksiyada “Siyasi məhbuslara azadlıq” başlıqlı bəyanat yayılıb. |
Bəyanatda Fransanın beynəlxalq hüquqa hörmət etmədiyi, insan hüquqları ölkəsi olmadığı qeyd edilib və həbs edilmiş bütün siyasi məhbusların azadlığa buraxılması tələb edilib. |
Bu aksiyada da, həmişə olduğu kimi, ölkəmizə hörmət əlaməti olaraq, Azərbaycan bayrağı dalğalandırılıb. |
Bakı Təşəbbüs Qrupu İstanbulda keçirtdiyi “Dekolonizasiya:İntibahın oyanışı” adlı konfransın ardınca vətəndaş cəmiyyəti təşkilatları adından beynəlxalq kampaniya başladıb. |
APA xəbər verir ki, Petisiyada Fransa Prezidenti Emmanuel Makrona müraciət edilərək, Fransanın Afrikadan oğurladığı 90 mindən artıq maddi-mədəni əsərlərin mənşə ölkələrinə qaytarılması tələb olunur. |
Afrika ölkələrindən müstəmləkə dövründə oğurlanmış, talan edilmiş 90 mindən çox mədəni sərvət hazırda Fransa muzeylərində nümayiş olunur. |
Sahara regionu ölkələrindən oğurlanmış tarix və mədəniyyət əşyalarının aqibəti isə bəlli deyil. |
Fransa Prezidenti Emmanuel Makron 2017-ci ildə afrikalı gənclərlə görüş zamanı bildirib ki, Afrikanın mədəni sərvətləri Afrikada sərgilənməlidir və beş il müddətində hər bir mədəni, tarixi əşyanın geri qaytarılacağına söz vermişdi. |
Həmin vaxtdan yeddi il keçməsinə baxmayaraq, Makron vədinə əməl etməyib. |
Parisin Quai Branly Muzeyində sərgilənən 70 min artefaktın üçdə ikisinin 1885-1960-cı illərdə Afrikadan oğurlanmış mədəni mülkiyyət nümunələri olması barədə araşdırmalar mövcuddur. |
Fransa keçmiş müstəmləkələrindən oğurladığı sərvətləri geri qaytarmamaq üçün qanunvericiliyini sərtləşdirib. |
Bu səbəbdən restitusiyanın həyata keçirilməsinin qarşısı süni şəkildə, bürokratik yollarla alınır. |
İlkin olaraq, hətta Avropanın digər keçmiş müstəmləkə ölkələrində də tətbiq edilən kredit sistemi ilə müqavilə əsasında mədəni sərvətlər müvəqqəti olaraq bir neçə illik mənbə ölkələrində yerləşən muzeylərdə sərgilənə bilər. |
Bakı Təşəbbüs Qrupu tələb edir ki, Fransa hökuməti qanunvericiliyinə dəyişiklik etməli, oğurladığı artefaktları mənbə ölkələrinə geri qaytarmalı və qanunsuz mülkiyyətçi kimi tarixi əsərlərin qanuni mülkiyyətçisi olan ölkələrə təzminat ödəməlidir. |
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasına işgüzar səfərə yola düşüb. |
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. |
Bildirilib ki, səfər çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş” layihəsi üzrə danışıqların növbəti raundunun, habelə Almaniyanın rəsmi şəxsləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub. |
Ermənistanın hərbi-siyasi rəhbərliyinin Azərbaycanla şərti sərhəddə törətdiyi son təxribatın gerçək səbəbləri get-gedə üzə çıxır. |
Azərbaycan Ordusunun 2023-cü il sentyabrın 19-20-də Qarabağda həyata keçirdiyi antiterror tədbirlərindən sonra ilk dəfə baş verən insidentin heç də təsadüf olmadığı, bunun arxasında daha böyük məkrli planın gizləndiyi aydınlaşır. |
Belə ki, bölgədə sülh prosesinə əngəl olan Qərb hər vəchlə Ermənistanı müharibəyə təhrik edir. |
Qərb mediasında, ekspert dairələrində Azərbaycan əleyhinə materialların dərcinin artması da bundan xəbər verir. |
Əksər nəşrlərdə bir xətt keçir - guya Bakı Ermənistana qarşı hücuma hazırlaşır. |
Hədəf də gələcək erməni təxribatları üçün informasiya fonu yaratmaqdır. |
“Ermənistana təhdid olan Azərbaycan” təbliğatını genişləndirmək, ictimai rəyi planlaşdırdıqları təxribata hazırlamaq məkrli planın əsas hissəsidir. |
Yeri gəlmişkən, bir müddət əvvəl mediada Fransanın Ermənistanı “ildırım sürətli müharibə” planına hazırlaması haqda yayılan xəbərlərin də hədəfi bəlli olur. |
Baş nazir Nikol Paşinyanın Parisə səfəri zamanı müzakirə olunan planın mahiyyəti ondan ibarət idi ki, Ermənistan qəfil hücumla şərti sərhəddə bir neçə yüksəkliyi ələ keçirir, nəticədə danışıqlar prosesində onun əli güclənir. |
Hamıya məlumdur ki, Ermənistan baş nazirinin Fransa səfərinin əsas hədəfi heç də İkinci Dünya müharibəsində ölən ermənilərin təkrar basdırılması olmayıb. |
Məqsəd Parisdə Fransa prezidenti Emmanuel Makrondan müəyyən tapşırıqlar alıb və buna uyğun hərəkət etmək idi.Baş nazirin Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyanla görüşü də bu planın tərkib hissəsidir. |
Daşnak lideri Ermənistanda revanşist qüvvələrə ciddi dəstək verir, Paşinyanın qatı əleyhdarı kimi tanınır. |
O, Türkiyə və Azərbaycana qarşı total hücum kampaniyasının ideoloqlarından hesab edilir, Nikol Paşinyana qarşı sərt bəyanatlar verir. |
Görünür, Fransaya onların hazırda küsülü qalması sərf etmir. |
Müharibəyə təhrik edilən Ermənistanın silahlandırılması da təsadüfi deyil. |
Hazırda Paris prosesi öz üzərinə götürüb. |
Rəsmi Paris həm də Hindistan vasitəsilə onun lisenziyası ilə istehsal olunan silahları ermənilərə verir, eləcə də, fransız hərbçilər Ermənistanın piyada və dağatıcı bölmələrinə təlimlər keçirlər. |
Digər bir məsələ Ermənistanda yerləşdirilən Avropa İttifaqının “sülh missiyası” ilə bağlıdır. |
Bu missiya son günlər anti-Azərbaycan fəaliyyət göstərir və bəyanatlar səsləndirir, eyni zamanda Rusiyanı, onun ölkədəki hərbi kontingentini hədəfə alır. |
Başda baş nazir Nikol Paşinyan olmaqla Ermənistan rəsmiləri bu istiqamətdə sərt açıqlmalar verirlər. |
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qarşı artan hücumları da bu kontekstdən qiymətləndirmək gərəkdir. |
Əvvəl hökumət başçısının fevralın 24-də “France 24”ə müsahibəsində Ermənistanın qurum daxilindəki fəaliyyətini dayandırdığını bildirib. |
Daha sonra Ermənistan parlamentinin spikeri Alen Simonyan bu məsələ ilə bağlı bildirib ki, İrəvanın KTMT tədbirlərində iştirak etməməsi əslində münasibətlərin dondurulması deməkdir. |
O, bu açıqlaması ilə Ermənistanın KTMT ilə bağlı mövqeyini növbəti dəfə dilə gətirmiş olub. |
Bu, Ermənistanın Rusiyadan uzaqlaşmasının və Qərbə tərəf daha çox meyillənməsinin təzahürüdür. |
Maraqlıdır ki, Ermənistanın KTMT-dən uzaqlaşması istiqamətindəki addımları bu dövlətin Qərb ölkələri, o cümlədən Fransa ilə yaxınlaşması, habelə təhlükəsizlik zəmanətlərindən şikayət etdiyi dövrə təsadüf edir. |
Qərbin bölgədə yeni müharibə istəyini sübut edən əsas faktlara gəldikdə bunlar bəllidir. |
Birmənalı şəkildə Ermənistanı müdafiə edib, sərhəd təxribatında onun deyil, Azərbaycanın hədəfə alınması çirkin planın tərkib hissəsidir. |
Beləliklə, Ermənistanın kor-koranə Qərbdən aldığı tapşırıq və əmrlərə uyğun hərəkət etməsi bu dövlətin hələ də proseslərdən düzgün nəticə çıxarmadığını təsdiqləyir. |
Nə 44 günük müharibənin acı məğlubiyyəti, nə 2023-cü il 19-20 sentyabrda antiterror əməliyyatların nəticələri İrəvan üçün dərs olub. |
Həmin qüvvələrə elə Prezident İlham Əliyevin sözlərini xatırlatmaq istərdik. |
Dövlət başçısı yanvarın 12-də yerli telekanallara müsahibəsində bir daha bildirilib ki, əgər Azərbaycanın təhlükəsizliyinə azacıq da olsa təhdid yaransa, bu təhdid harada, Ermənistan ərazisinin hansı dərinliyində olsa da, Bakı onu dərhal, sadəcə, məhv edəcək. |
Ötən həftə Qətərin paytaxtı Dohada Azərbaycan Mədəniyyəti Günləri keçirilib. |
Bir sıra tədbirlər vasitəsilə yerli tamaşaçılar mədəniyyətimiz və incəsənətimizlə tanış olublar. |
Azərbaycan ilə Qətər arasında yeni əməkdaşlıq əlaqələri qurulub. |
Oxu.Az Mədəniyyət Günləri çərçivəsində hadisə yerində baş verən bütün tədbirlər barədə məlumat verib. |
Qətər Milli Kitabxanasında Yevgeni Bertelsin ərəb dilinə tərcümə edilmiş “Böyük Azərbaycan şairi Nizami” kitabının təqdimatını xüsusi qeyd etmək istərdik. |
Bu tədbir dezinformasiyaya qarşı mübarizədə böyük addımdır. |
Qeyd edək ki, Dohaya dünyanın hər yerindən turistləri cəlb edən İslam İncəsənəti Muzeyində eksponat qismində Nizaminin “Xəmsə”si sərgilənir. |
Amma çox təəssüf ki, əsər fars mədəniyyətinin nümunəsi kimi təqdim olunub. |
Bu dezinformasiya ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, dramaturq İlqar Fəhmi saytımıza açıqlama verib. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.