Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
“Bir çox ölkələrdə Nizaminin Azərbaycan şairi deyil, İran şairi olması ilə bağlı təbliğatlar aparılıb. |
Təəssüf ki, bu mənzərə hələ də bəzi ölkələrdə müşahidə olunur. |
Biz bununla mübarizə aparmalıyıq. |
Qətər Milli Kitabxanasında Yevgeni Bertelsin ərəb dilinə tərcümə edilmiş “Böyük Azərbaycan şairi Nizami” kitabının təqdimatı həqiqətlərin ərəb dünyasına çatdırılması istiqamətində böyük addımdır. |
Əsər kitabxanaya hədiyyə edilib. |
Biz bu istiqamətdə fəaliyyətimizi davam etdirməliyik, çünki dünyanın bir çox kitabxanalarında Nizami “Xəmsə”si İran əsəri kimi təqdim olunur”, - deyə İlqar Fəhmi qeyd edib. |
“Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”ndə dəyişiklik edilib. |
Oxu.Az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib. |
Bu Qərar 2024-cü il yanvarın birindən tətbiq edilir. |
Salyan rayonunda körpə vəfat edib. |
“Qafqazinfo” xəbər verir ki, yayılan məlumata görə, körpənin ölümünə səbəb pnevmoniya olub. |
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, fevralın 24-ü saat 15:40 radələrində 2023-cü il təvəllüdlü körpə ağır vəziyyətdə Salyan Rayon Mərkəzi Xəstəxanasına gətirilib:""“Yüksək hərarət, tənəffüs çatışmazlığı, halsızlıq şikayətləri ilə gətirilən körpəyə ilkin olaraq naməlum e... |
Gecə saatlarında vəziyyəti ağırlaşan körpə, aparılan bütün tədbirlərə baxmayaraq, fevralın 25-i saat 05:30 radələrində kəskin ürək-damar, tənəffüs çatışmazlığı səbəbi ilə vəfat edib”. |
“Azərbaycan-Ermənistan şərti sərhədində təxribatların törədilməsi Qərbin cızdığı ssenarinin tərkib hissəsidir”. |
O qeyd edib ki, buna görə də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevlə görüşdə Azərbaycanla münasibətlərin normallaşdırılmasından qorxan Makron Paşinyanı dərhal Parisə çağırıb. |
Paşinyanın Parisə getməsi ilə paralel olaraq Fransa müdafiə naziri hərbi yük təyyarəsi vasitəsilə İrəvana göndərilib:""“Fransa müdafiə nazirinin ermənistanlı həmkarı Papikyanla hərbi təlimlərin keçirilməsinə razılıq imzaladığı vaxtda Makron da Parisdə Paşinyanı təlimatlandırıb. |
Ona görə də Paşinyan Ermənistanın KTMT-də fəaliyyətini dondurduğunu, Gümrüdə hərbi bazanın saxlanılması məsələsinin gündəlikdə olmadığını bəyan edərək Rusiyanı ölkəsində insanları çevrilişə hazırlamaqda günahlandırıb. |
Təbii ki, bu, Makronun Paşinyana verdiyi tapşırığın icrası idi.O cümlədən Paşinyan dünən parlamentdə keçirdiyi qapalı iclasda Münhendə keçirilmiş görüşdən pozitiv bir şey gözləmədiyini bildirib”. |
Deputatın sözlərinə görə, son günlər beş aylıq sükutdan sonra Ermənistanın Azərbaycanla şərti sərhədində atışmaların da yenidən başlandığı müşahidə edilir:""“Avropalı generallardan təşkil olunmuş monitorinq qrupu şərti sərhədə gələrək binokllarla selfi çəkir. |
Digər tərəfdən də Ermənistan yenidən şərti sərhəddə təxribatlara əl atır. |
Bu hadisələr Qərbin cızdığı planın tərkib hissəsidir. |
Fransanın müdafiə naziri orta və uzaqmənzilli raketlərin də Ermənistana verilə biləcəyini qeyd edib. |
Bütün bunlar Qərbin Rusiyaya qarşı ikinci cəbhə açmaq planlarından irəli gəlir. |
Birləşmiş Qərb Ukraynada Rusiyaya qarşı apardığı müharibədə uğur qazana bilmir. |
Ona görə də Cənubi Qafqazda ikinci cəbhəni açaraq Rusiyanın hərbi gücünü iki yerə bölmək kimi ssenarini işə salmağa çalışır”. |
A.Badamov vurğulayıb ki, Azərbaycan müharibəni istəmədiyini açıq şəkildə bəyan edib:""“Təbii ki, Ermənistan tərəfindən hücum təhlükəsi yaranarsa, cavabımız çox ağır olacaq. |
Paşinyanın yeganə yolu Azərbaycanın şərtlərini qəbul etməkdir. |
Məhz Azərbaycanla münasibətlərin normallaşacağı təqdirdə Ermənistan üçün bir şans yaranacaqdır. |
Əks halda Ermənistan Qərblə Rusiyanın arasında gedən müharibənin qurbanına çevriləcək”. |
Son vaxtlar İran hakimiyyəti Güney Azərbaycan milli-mədəni fəallarına təzyiqlərini yenidən artırıb, onlarla fəal müxtəlif şəhərlərdə qondarma ittihamlarla həbs olunub. |
Bunlardan bir qismi sonradan iri məbləğdə girov müqabilində və ya digər vasitələrlə azadlığa çıxsa da, rejimin zindanlarında saxlananlar hələ də çoxdur. |
“Azad İran” “YouTube” kanalı mövzu ilə bağlı süjet hazırlayıb. |
Bildirilib ki, dinc metodlarla mənsub olduğu millətin təməl haqlarını tələb etdiyinə görə həbsə atılan bu fəallar içərisində bir nəfərin adı Güney Azərbaycan milli hərəkatındakı çəkisi və nüfuzu baxımından xüsusilə diqqəti çəkib. |
Bu, Güney Azərbaycanın mübariz ruhanisi kimi tanınan hüccətül-islam Əbdüləziz Əzimi Qədimdir. |
O, təqribən üç həftə öncə Qumdan Tehrana gedərkən İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanıb və zindana göndərilib. |
Bunun Əzimi Qədimin neçənci həbsi olduğu dəqiq bilinmir, çünki düz 20 ildir o, milli haqlar uğrunda apardığı sivil mübarizəyə görə İran rejimi tərəfindən müxtəlif əsassız ittihamlarla həbs olunur. |
İspaniyalı fermerlər kənd təsərrüfatı sektorundakı böhrana etiraz olaraq krallıq ilə Fransa arasındakı əsas yollardan birini traktorlarla bağlayıblar. |
Bu barədə İspaniyanın Kataloniya regionunun yol xidməti məlumat yayıb. |
Qeyd olunub ki, fermerlər orada 48 saat qalmaq niyyətindədirlər. |
Xatırladaq ki, daha əvvəl İspaniyanın üç əsas kənd təsərrüfatı birliyi bir çox Avropa ölkələrində artan etiraz aksiyalarına qoşulacaqlarını bildiriblər. |
Norveç kralı V Harald Malayziyada tətildə olarkən infeksiya səbəbindən xəstəxanaya yerləşdirilib. |
Bu barədə Norveç mətbuatı kral ailəsinin nümayəndələrinə istinadən məlumat yayıb. |
Bildirilib ki, 87 yaşlı monarxa həm yerli, həm də norveçli mütəxəssislər tərəfindən bütün lazımi yardımlar göstərilir. |
Naxçıvanın Sədərək rayonunda yanğın hadisəsi baş verib. |
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. |
Bildirilib ki, yanğın otlaq sahəsində qeydə alınıb. |
Dərhal hadisə yerinə FHN-nin Sədərək Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunublar. |
Yanğın söndürülüb və daha geniş sahəyə yayılmasının qarşısı alınıb. |
İşğaldan azad edilən bütün rayonlarda olduğu kimi, Füzuli şəhərində də həyat öz axınına düşüb. |
AZƏRTAC-ın məlumatına görə, 32 ildən sonra füzulililər bu gün öz adət-ənənələrinə uyğun olaraq doğma torpaqlarında Su çərşənbəsini qeyd edirlər. |
Məktəblilər də həmçinin bayram ab-havasına sevinirlər. |
Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə Novruzqabağı çərşənbələrin keçirilməsi ilə bağlı tədbir planı hazırlanıb. |
Sinif otaqları milli atributlarla, adət-ənənələrimizi əks etdirən əşyalarla bəzədilib. |
Məktəblilər milli geyimdə dərslərə gəliblər, hazırladıqları səhnəciklər maraqla qarşılanıb. |
Şagirdlərə Su çərşənbəsi və Qarabağda Novruzun qeyd olunmasının qədim ənənələri haqqında ətraflı məlumat verilib. |
Qeyd edək ki, hazırda Füzulidəki məktəbdə 450-yə yaxın şagird təhsil alır. |
Azərbaycan Macarıstanın Dyör şəhərində keçirilən atıcılıq üzrə Avropa çempionatında daha bir medal qazanıb. |
Oxu.Az xəbər verir ki, Hacı Musayev, Vladislav Kalmıkov və İmran Qarayevdən ibarət kollektiv oğlanlar arasında keçirilən komanda yarışlarında bürünc mükafata sahib çıxıb. |
Yığma 10 metr məsafəyə güllə atma yarışında fəxri kürsüyə qalxıb. |
Qeyd edək ki, daha əvvəl Leyli Əliyeva və Vladislav Kalmıkov qitə birinciliyində üçüncü yeri tutublar. |
Baku TV-nin canlı yayımında xəbər vaxtıdır. |
Oksford məzunu Azərbaycanda yüksək vəzifəyə təyin edildi. |
Paşinyan deputatlarla gizlində bir araya gəldi. |
Üç saatdan çox davam edən görüşdə nələr müzakirə edildi? |
Bakıda qaydanı pozan sürücünün cəriməsi başqasına necə göndərildi? |
Qida eksperti ət məhsulları ilə bağlı dəhşətli faktları üzə çıxardı. |
Daha ətraflı BAKU NEWS-un 20:00 buraxılışında: |
İşğaldan azad olunan ərazilərdə bayramlar xüsusilə qeyd olunur. |
Laçın rayonunda Novruzun ilk çərşənbəsi olan Su çərşənbəsi qeyd olunub. |
Oxu.Az xəbər verir ki, bu barədə görüntülər “AzTV Xəbər”in efirində yayımlanıb. |
Qeyd olunub ki, Laçında axşam saatlarında böyük tonqal qurulacaq. |
Həmin görüntüləri təqdim edirik: |
Fevralın 27-də COP29-un Azərbaycan üzrə “Gənclər İqlim Çempionu” Leyla Həsənova ilə Keniyada fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri arasında görüş keçirilib. |
Bu barədə Azərbaycanın Keniyadakı səfirliyi məlumat yayıb. |
Bildirilib ki, görüş Azərbaycanın Keniyadakı səfirliyi, bu ölkənin Milli Gənclər Şurası və QHT-lər Şurasının dəstəyi ilə təşkil olunub. |
L.Həsənovanın Azərbaycan nümayəndə heyətinin tərkibində BMT-nin Ətraf Mühit Assambleyasının (UNEA) altıncı iclasında iştirak etmək üçün Nayrobi şəhərinə səfəri çərçivəsində keçirilən görüşə Keniyada fəaliyyət göstərən 30-a yaxın gənclər təşkilatının nümayəndələri, Keniya Gənclər və Keniya QHT-lər şuralarının rəsmiləri ... |
Tədbirdə fəxri qonaq qismində Keniyada “Gənclər Çempionu”, “İqlim Fəaliyyəti üzrə Çempion” titullarını daşıyan, “Bəşəriyyət və davamlı inkişaf uğrunda ağıllı mexanikləşdirilmiş kənd təsərrüfatı və ətraf mühit fəaliyyəti Fondu”nun (Smachs Foundation) qurucu rəhbəri Charlene Ruto iştirak edib. |
Panel müzakirələri formatında keçirilən görüşdə bildirilib ki, bəşəriyyətin ortaq problemi olan iqlim dəyişikliyi ilə mübarizə yalnız qarşılıqlı dəstək və birgə fəaliyyət çərçivəsində mümkündür. |
Bu ümumbəşəri məqsədə çatmaq təkcə beynəlxalq təşkilatların məsuliyyəti hesab edilməməli, hər bir insan, habelə QHT-lər, gənclər təşkilatları, biznes dairələri, xeyriyyəçilər və yerli icmalar ətraf mühitin qorunması naminə səfərbər olmalıdırlar. |
Vurğulanıb ki, gənclər iqlim problemlərinin həlli məsələlərinin davamlı olaraq gündəlikdə saxlanılmasında xüsusi rola malikdirlər. |
L.Həsənova bildirib ki, Azərbaycanın multikultural irsi COP29-da bütün tərəfləri bir araya gətirməyə xidmət edəcək, təkcə dövlətləri deyil, gəncləri və vətəndaş cəmiyyəti təşkilatlarını da öz ətrafında birləşdirəcək. |
Görüşdə gənc iqlim fəallarını, novatorları və sahibkarları dəstəkləmək üçün yerli hakimiyyət orqanları ilə birgə əməkdaşlıqdan söhbət açılıb. |
Səfir Sultan Hacıyev diqqətə çatdırıb ki, bu il Bakı şəhərində keçiriləcək COP29 Azərbaycanla Keniya arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünə təsadüf edir və ətraf mühit üzrə fəaliyyətdə Afrikanın lider dövlətlərindən olan Keniya ilə dinamik inkişaf edən əməkdaşlığın daha da möhkəmləndirilməsinə mün... |
O bildirib ki, iqlim dəyişikliyi ilə mübarizədə qalib gəlmək üçün ilk növbədə, bəşəriyyətin bu problemə yanaşması dəyişməlidir. |
Tədbirin fəxri qonağı Charlene Ruto bu görüşün əhəmiyyətini vurğulayaraq, ətraf mühit problemlərinin həllində gənclərin fəaliyyətinə, təşəbbüslərinə dəstək vermək üçün qarşılıqlı işbirliyinin genişləndirilməsini yüksək qiymətləndirdiyini deyib. |
O, Keniyada iqlim sahəsində həyata keçirilən layihələr, gənclər və vətəndaş cəmiyyəti təşkilatlarının bu layihələrdə iştirakı, əldə olunan mütərəqqi təcrübələr barədə məlumat verib. |
Görüşdə COP29-da gənclər təşkilatlarının rolunun vacibliyi, Keniya ilə Azərbaycan arasında, eləcə də regional istiqamət üzrə birgə təşəbbüs və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb. |
Günəşdəki güclü partlayışlar Yerdə gözlənilməz maqnit qasırğasına səbəb olub. |
Bu barədə “Fobos” iqlim araşdırmaları mərkəzi məlumat yayıb. |
“Model proqnozları bu gün maqnit qasırğalarının inkişafını gözləmirdi, buna əsaslanaraq güman etmək olar ki, başlayan maqnit qasırğası daha da güclənməyəcək və tezliklə dayanacaq”, - deyə sinoptiklər bildiriblər. |
Qeyd olunub ki, güclü maqnit qasırğaları zamanı insanlar baş ağrıları, zəiflik, təzyiqin qalxması və yuxusuzluq hiss edə bilərlər. |
Alimlər bunu onunla əlaqələndirirlər ki, maqnit sahəsi dəyişdikdə kapilyar qan axını yavaşlayır və toxumalarda oksigen aclığı yaranır. |
Mənbə:“RİA Novosti” “Telegram” kanalı |
Ukraynada müharibə davam edir. |
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. |
O bildirib ki, gecə səhərə qədər Poltava və Xarkov vilayətləri güclü hava hücumuna məruz qalıblar:""“Hava hücumları dronlar və “İskəndər” tipli ballistik raketlər vasitəsilə həyata keçirilib. |
Rəsmi məlumata əsasən, sözügedən ərazilərə 11 dron və iki “İskəndər” tipli ballistik raketdən hücumlar olub. |
Ballistik raketlərin Ukrayna Hava Hücumundan Müdafiə Sistemi tərəfindən qarşısı alındığı bildirilsə də, onların qalıqları ciddi dağıntılara səbəb olub”. |
Qeyd edilib ki, Ukrayna Xarici İşlər Nazirliyi xaricdə yaşayan ukraynalılara çağırış edib:""“Bildirilib ki, xaricə getmiş ukraynalılar geri qayıtsınlar. |
Bu, yəqin ki, səfərbərlik qabağı bir çağırışdır. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.