Search is not available for this dataset
text stringlengths 10 518k |
|---|
Çünki ötən gün də artıq bununla bağlı qanun layihəsi ilkin mərhələdə təsdiqləndi. |
Beləliklə, Ukraynada yeni səfərbərliyin dalğası gözlənilir. |
Bundan başda, Ukraynaya ilk dəfə Qərbdən döyüşməyə hərbçilər gəliblər”. |
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun sabah toy mərasimi baş tutacaq. |
Axşam.az xəbər verir ki, icra başçısı aparıcı Alidə Mustafayeva ilə ailə həyatı qurur. |
Bir neçə gün əvvəl onların nikah mərasimi baş tutub. |
Toy Bakıdakı restoranlardan birində keçiriləcək. |
Qeyd edək ki, Seymur Orucov İqtisad Universitetinin sabiq rektoru və keçmiş deputat Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva ilə ailəli olub. |
Onlar bir müddət əvvəl rəsmi şəkildə boşanıblar. |
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub. |
Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. |
Bildirilib ki, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində ümumi sahəsi 70 kvadratmetr olan ikiotaqlı mənzilin eyvanında üç kvadratmetr sahədə ev əşyaları və bir ədəd plastik qapı yanıb. |
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. |
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. |
Qlobal iqtisadiyyatın yumşaq eniş şansı artır. |
Bu barədə “Böyük iyirmiliyin” (G20) maliyyə liderlərinin yekun bəyanatına istinadən məlumat yayılıb. |
Onların fikrincə, qlobal iqtisadi perspektiv üçün risklər daha balanslıdır. |
Qeyd olunub ki, sənəd yekun deyil və bu həftə San-Pauluda keçiriləcək G20 toplantısından sonra rəsmi şəkildə dərc olunacaq. |
“Əksər ölkələrdə inflyasiya əsasən müvafiq pul siyasəti, tədarük zəncirindəki darboğazların aradan qaldırılması və əmtəə qiymətlərinin endirilməsi səbəbindən aşağı düşüb”, - deyə sənəddə qeyd olunub. |
Məlumata görə, qlobal iqtisadiyyatda vəziyyət getdikcə nikbinləşir. |
Ölkələr COVID-19 pandemiyasının, artan inflyasiyanın və faiz dərəcələrinin kəskin artımının təsirlərini aradan qaldırmağa nail olurlar. |
Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Dadaş Vasif küçəsində göl suyunun səviyyəsi qalxdığına görə həyətləri su basıb. |
Sakinlər bildiriblər ki, məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətinə, bələdiyyə və “Azərsu” ASC-yə şikayət ediblər:""“Suyun içində yaşayırıq. |
Kanalizasiya, yağış, qar suyu, hamısı bura axıdılır. |
Gölün suyu əvvəllər dənizə axıdılırdı, indi dənizə axıdılan hissəsini bağlayıblar. |
Suyun əlindən heç bir yerə keçə bilmirik. |
Evlərimizin altı, zirzəmilər su ilə dolub. |
Yağış yağanda hər tərəf palçıq olur”. |
Məsələ ilə bağlı “Azərsu” ASC-dən bildirilib ki, həmin ərazidə kanalizasiya infrastrukturu yoxdur:""“Sözügedən ərazidə həm qrunt, həm də tullantı suları birbaşa Xəzər dənizinə axıdılırdı. |
Ekologiya Nazirliyinin tapşırığına əsasən, tədbirlər görüldü. |
Pirşağı təmizləyici qurğuları hazırdır. |
Artıq bu istiqamətdə suyun bir qismi Pirşağı təmizləyici qurğularına yönəldilib. |
Gələcəkdə bütün ərazinin əhatə edilməsi ilə bağlı kollektorlar və şəbəkənin yaradılması işləri həyata keçirilir. |
Bu işlər yekunlaşandan sonra ərazidəki subasma hallarının qarşısı alınacaq”. |
Ermənistan prezidenti Vaaqn Xaçaturyan Bağdada ilk rəsmi səfəri zamanı iraqlı həmkarı Əbdüllətif Camal Rəşid və ölkənin baş naziri Məhəmməd Şiyə əs-Sudani ilə görüşüb. |
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. |
“Biz müdafiə və təhlükəsizlik sahələrində Ermənistan-İraq əməkdaşlığının dərinləşdirilməsi perspektivlərinə toxunduq”, - deyə Ermənistan prezidenti görüş zamanı bildirib. |
İraqın prezident administrasiyasının mətbuat xidmətinin verdiyi məlumata görə, Ermənistan prezidentinin İraqın Kürdüstan bölgəsinə də səfəri gözlənilir. |
Böyük həcmli mühərriki olan avtomobillərin qiyməti kəskin azalıb. |
Xezerxeber.az-ın məlumatına görə, dizel və hibrid mühərrikli avtomobillərin idxalının artması ilə benzin mühərrikli avtomobillərə tələbat azalıb. |
Xüsusilə də bu hal mühərrik həcmi böyük olan avtomobillərin satışına təsir edib. |
Avtomobil satışı üzrə mütəxəssis Sərxan Qədirovun sözlərinə görə, bəzi avtomobillərin dəyəri 30%-dən çox ucuzlaşıb. |
Eskpertin sözlərinə görə, qiymətlərə təsir edən amillərdən biri də Koreya istehsalı olan dizel mühərrikli “offroad” avtomobillərinin ölkəyə idxalının artmasıdır. |
Göygöl sakini ona elektron qaydada tətbiq edilən cərimədən narazıdır. |
Xezerxeber.az-ın məlumatına görə, şəxsi minik maşını ilə Göygöldən Bakıya gedərkən radara düşən şəxs ona cərimə protokolunun yanlışlıqla tərtib olunduğunu iddia edib. |
O qeyd edib ki, barəsində tərtib edilən protokolda videoqeyd yoxdur. |
Sürücü bildirib ki, cərimə edildiyi ərazidə qaydanı pozmadığına əmindir. |
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) inspektoru polis leytenantı Elvin Hacıyev bildirib ki, cərimənin yazılması texniki səhv olub. |
Sürücülər isə qeyd ediblər ki, həmin ərazidəki sürətölçən qurğu yoxlanılmalıdır, yoxsa digər sürücülər də belə problemlə üzləşə bilərlər. |
“1988-ci ildə Sumqayıtda törədilən iğtişaşlar fevralın 27-si axşam saat yeddinin yarısında bizim həyətdə başladı. |
Həmin axşam sovet ordusu dördüncü məhəlləyə daxil oldu. |
Lakin bir-iki gün heç nə etmədi, əslində, iğtişaşlara şərait yaradıldı”. |
Bu sözləri Sumqayıt hadisələrinin şahidi, tədqiqatçı Ramazan Məmmədov deyib. |
“Erməni tərəfi bir göz qırpımında bu hadisələrə qiymət verməyə başladı. |
Sumqayıt şəhərində 27-28-29 fevral və martın birində baş vermiş hadisələr qurtarmamış Pribaltikada Yurmala şəhərində nəşr olunan “Yurmala” qəzetində Sumqayıt hadisələrinə qiymət verildi. |
Martın birində günortaya yaxın hadisələr yekunlaşdı, martın üçündə isə bununla bağlı xəbər artıq qəzetdə dərc olunmuşdu. |
Bu isə onu göstərir ki, iğtişaşlar əvvəlcədən təşkil olunub”, - deyə tədqiqatçı vurğulayıb. |
Litvanın İsveçdəki səfiri Linas Linkyaviçyus Rusiyanın NATO-ya hücum etdiyi təqdirdə Kalininqrad şəhərinin məhv ediləcəyini söyləyib. |
O, bu barədə “X” hesabındakı yeni paylaşımında bildirib. |
“Əgər Rusiya NATO-ya meydan oxumağa cəsarət etsə, ilk olaraq Kalininqrad zərərsizləşdiriləcək”, - deyə Linkyaviçyus yazıb. |
O əlavə edib ki, İsveç alyansa qoşulduqdan sonra Baltik dənizi NATO-nun daxili dənizinə çevrilib. |
Siyasətçinin sözlərinə görə, Rusiyanın NATO-nun genişlənməsi ilə bağlı bəyanatları gerçəyə çevrilir. |
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin dəfələrlə bəyan edib ki, Moskva NATO ölkələrinə hücum etmək niyyətində deyil. |
O, bu tezislərdən birini ABŞ-li jurnalist Taker Karlsona müsahibəsində səsləndirib. |
After #Sweden was integrated into the Alliance, the Baltic Sea became an internal #NATO sea. |
If #Russia dares to challenge NATO, Kaliningrad would be "neutralized" first. |
Russia's previous false accusations that it is surrounded by NATO are now becoming a reality. |
pic.twitter.com/f3ftiMO4ED"Mənbə:octagon.media |
2023-cü il aprelin 18-də Bakının Xətai rayonu Sarayevo küçəsində bıçaqlanma hadisəsi olub. |
Burada Amilə Vəliyeva keçmiş əri, 1988-ci il təvəllüdlü Samil Əliyev tərəfindən bıçaqlanıb. |
Qadın çoxsaylı xəsarətlərlə özəl klinikaya aparılıb və hadisəni törədən kişi polis əməkdaşları tərəfindən yerindəcə saxlanılıb. |
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb. |
Anket məlumatlarına əsasən, Samil Əliyev 1988-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub, əvvəllər məhkum olunmayıb. |
Lent.az cinayət hadisəsinin istintaq materiallarını əldə edib. |
Müəyyən edilib ki, aprelin 17-də Amilə Vəliyeva keçmiş əri Samil Əliyevə zəng edərək, ondan nikahda olduqları dövrdə aldığı qızıl sırğalarını qaytarmasını tələb edib. |
Sonuncu bunun əvəzinə 100 manat pul verəcəyini yalandan söz verib. |
Aprelin 18-də onlar görüşən zaman, Samil keçmiş yoldaşına barışmaq istədiyini bildirib. |
Amilə Vəliyeva onunla barışmayacağını deyib və evə qayıtmaqdan üçün avtomobil yolunu keçərək avtobus dayanacağında durub. |
Buna baxmayaraq Samil Əliyev arxasınca gəlib, ondan israrla barışmasını istəyib. |
Aralarında yaranmış mübahisə zamanı, o, üzərindəki bıçaqla qadının bədəninin müxtəlif nahiyyələrinə ümumilikdə 10 dəfə zərbə endirib. |
Ətrafdakı şəxslərin müdaxiləsi və təcili xəstəxanaya çatdırılması nəticəsində qadının həyatı xilas olunub. |
Samil Əliyev"İş üzrə dindirilmiş Samil Əliyev bildirib ki, 2015-ci ildə Amilə Vəliyeva ilə evlənib, bir ildən sonra qız övladları dünyaya gəlib. |
Xətai Rayon Məhkəməsinin 29 iyul 2022-ci il tarixli qətnaməsi ilə onların nikahları pozulub:""“Boşandıqdan sonra Amilə mənə qızımla görüşməyə icazə vermirdi, telefonla danışanda daim məni təhqir edirdi. |
Aramızda olan mübahisələr barədə qayınatama məlumat verəndə, Məhəmməd Vəliyev mənə Amiləni narahat etməməyimi dedi. |
Evli olduğumuz dövrdə arvadımın bir cüt sırğasını lombarda girov qoyaraq pul götürmüşdüm. |
2023-cü il aprelin 17-si saat 20 radələrində Amilə zəng edərək, qızıl sırğasını qaytarmağımı tələb etdi. |
Ona 100 manat verəcəyimi söylədim. |
Ayın 18-i saat 14 radələrində görüşəndə, Amiləyə üzərimdə qızıl sırğanın və pulun olmadığını, onunla barışmaq istədiyimi bildirdim. |
Cavab olaraq qadın barışmayacağını dedi, məni yalan danışmaqda günahlandıraraq, avtobus dayanacağına tərəf getdi. |
Onu təqib edərək, qızımın nə üçün mənimlə soyuq münasibət saxladığını soruşanda, Amilə bunun səbəbini bilmədiyini söylədi. |
Barışmağı təklif edəndə isə, keçmiş arvadım qəzəblənərək, məni söyməyə başladı. |
Onun bu reaksiyasına hiddətlənərək, dayanacağın arxasında Amiləyə beş və ya altı bıçaq zərbəsi vurdum. |
Qadının qışqırıq səsinə yaxınlaşan vətəndaşlar bıçağı əlimdən aldılar”. |
Amilə Vəliyeva"Zərərçəkmiş Amilə Vəliyeva bildirib ki, aprelin 18-də taksi ilə Hövsandan Əhmədli qəsəbəsinə gəlib, Samillə görüşüb:""“Sırğamı gətirmədiyini biləndən sonra keçmiş ərimə niyə yalan danışdığını dedim və dayanacağa keçərək, avtobusun gəlməsini gözlədim. |
Samil yaxınlaşıb, sol əli ilə sinəmdən tutdu və sağ əlindəki bıçaqla mənə zərbələr vurmağa başladı. |
Amma ətrafda olan şəxslər müdaxilə edərək, Samili zərərsizləşdirdilər və məni xəstəxanaya apardılar”. |
Şahid Anar Qasımov bildirib ki, aprelin 18-i saat 15 radələrində avtomobillərin parklanması ilə məşğul olan vaxt bir qadının qışqırdığını eşidib:""“Səs gələn istiqamətə baxanda, dayanacağın arxasında Samil Əliyevin Amilə Vəliyevaya bıçaqla zərbələr vurduğunu gördüm. |
Dərhal ora yaxınlaşıb, həmin şəxsdən zərbələr vurmamasını tələb edəndə, Samil Əliyev mənə ailə məsələsi olduğunu və işinə qarışmamağımı bildirdi. |
Səs-küyə toplaşan ətrafdakı insanlar onun əlindən bıçağı aldılar”. |
Şahid Məhəmməd Vəliyev ifadəsində göstərib ki, fevral ayında qızı Amilə ona Samildən boşanmaq üçün məhkəməyə müraciət etdiyini deyib:""“Səbəbini soruşanda, qızım yoldaşının ailəsinə baxmadığını, onu döydüyünü və təhqir etdiyini bildirdi. |
Subsets and Splits
No community queries yet
The top public SQL queries from the community will appear here once available.