Search is not available for this dataset
text
stringlengths
10
518k
Məhkəmənin qətnaməsi ilə onların nikahı pozuldu, nəvəm Amilənin himayəsinə verildi.
Samil isə aylıq 193 manat aliment ödəməli oldu.
Boşanandan sonra qızım keçmiş ərinin onu narahat etməsi ilə əlaqədar bir neçə dəfə polisə müraciət edib.
Aprelin 18-də tanımadığım şəxs zəng edərək, qızımın özəl klinikada olduğunu və ora gəlməyimi dedi.
Klinikaya çatanda, baş həkim qızımın keçmiş əri tərəfindən bıçaqlandığını və hazırda əməliyyatda olduğunu bildirdi”.
Məhkəmə iclasında Samil Əliyev ittiham üzrə özünü qismən təqsirli bilib.
Zərərçəkmiş təqsirləndirilən şəxsi bağışlamadığını və ona qanuna müvafiq cəza təyin edilməsini xahiş edib.
Məhkəmə qənaətə gəlib ki, Samil Əliyevin Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq soyuq silah əldə etmə, satma və ya gəzdirmə) maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Samil Əliyev doqquz il altı ay müddətinə azadlıqdan məhrum olunub.
Peru hakimiyyəti ölkənin 25 regionundan 20-də denge virusunun yayılması səbəbindən fövqəladə vəziyyət elan edib.
Qeyd olunub ki, istilər və güclü yağışlar yoluxma hallarının kəskin artmasına səbəb olub.
Səhiyyə naziri Sezar Vaskes bildirib ki, ilin əvvəlindən bu yana 32 nəfər virusdan ölüb.
O qeyd edib ki, hazırda ölkənin şimalındakı əksər xəstəxanalar artıq dolublar.
Vaskes izah edib ki, ölkədə indi ağcaqanadlar üçün ideal hava şəraiti var və buna görə də onlar daha tez çoxalırlar.
Rəsmi məlumatlara görə, keçən il Peruda denge qızdırmasından 269 min nəfər xəstələnib, 428 nəfər isə ölüb.
Qeyd edək ki, Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən dünyaca məşhur karnaval ərəfəsində tropik denge qızdırması epidemiyası yayılmışdı.
Braziliyada bu ilin ilk ayından etibarən 362 nəfər bu xəstəliyə yoluxaraq xəstəxanaya yerləşdirilib.
Bir çoxumuz streslə mübarizə üsulu olaraq şəkər, un və yağ tərkibi yüksək olan qidalara müraciət edirik.
Bu qidaların piylənmə, şəkər kimi bir çox xəstəliklərin yolunu açdığı dəqiqdir.
Oxu.Az xəbər verir ki, stresin artdığı dövrlərdə stres səviyyəsini azaldan qidaların seçilməsi son dərəcə əhəmiyyətlidir.
Stresin azalmasında faydalı olduğu qidaları təqdim edirik:""Balqabaq toxumu:Stres zamanı yüksələn və stres əlamətlərini azaldan kortizol səviyyələrinin tənzimlənməsində rol oynayan maqneziumun əsas mənbəyidir.
Stresli dövrlərdə qəlyanaltılarınıza bir ovuc balqabaq toxumu əlavə edin.
Yulaf əzməsi:Südünüzə və ya qatığınıza serotonin səviyyəsini artıraraq stresi azaldan yulaf əzməsi əlavə edərək əyləncəli və sağlam yeməklər hazırlayın.
Qırmızı bibər:C vitamininin yaxşı mənbəyidir.
Vitamin C qanda stres hormonu olan kortizol səviyyəsini aşağı salaraq stresi aradan qaldırmağa kömək edir.
Stresli vaxtlarda yeməklərinizə və ya salatlarınıza qırmızı bibər əlavə edin.
Yaşıl Çay:Tərkibində əhval pozğunluqlarına müsbət təsir göstərən L-Theanine amin turşusu var.
L-Theanine stresi azaldan serotonin və dopamin hormonlarının istehsalına kömək edərkən; Beyində streslə əlaqəli kimyəvi maddələrin səviyyəsini aşağı salaraq stres və narahatlığı azaldır.
Ürək və ya təzyiq kimi xroniki sağlamlıq probleminiz yoxdursa, qəlyanaltı zamanı və ya günün əvvəlində yaşıl çay için.
Somon:Streslə mübarizədə aktiv rol oynayan D vitamini və Omeqa-3 yağ turşuları ilə zəngin olan qızılbalığı qril/qaynatma/bişirmə kimi sağlam bişirmə üsulları ilə hazırlayaraq həftədə ən az iki dəfə istehlak edin.
Tünd şokolad:Beyindəki serotonin və endorfin kimi bizi yaxşı hiss etdirən nörotransmitterlərin səviyyəsini artırır.
Odur ki, stresli anlarda özünüzü daha yaxşı hiss etmək üçün qəhvənizlə ən azı 70 faiz kakao olan tünd şokoladı seçin.
Yaşıl mərcimək:Əhval-ruhiyyəni yaxşılaşdırmağa kömək edən selenium baxımından son dərəcə zəngin olan yaşıl mərciməkləri salatlarınızda və ya yeməklərinizdə istifadə edərək streslə mübarizəyə əlavə edə bilərsiniz.
Kefir:Probiotik qidalar bağırsaq florasını tənzimləyərək stresi azaltmağa kömək edir.
Kefir istehlak etməyi vərdiş halına gətirərək, təbii bağırsaq bakteriyalarına dəstək ola bilərsiniz; Buna görə də streslə əlaqəli xəstəliklər riskini azalda bilərsiniz.
Qaragilə:Streslə mübarizədə təsirli olan dopaminin istehsalına kömək edir.
Sərbəst radikallarla mübarizə aparan antioksidanlarla zəngin olan qaragilələri smuzi və qatıqlarınıza əlavə edin.
Yumurta:Serotonin yaratmağa kömək edən bir amin turşusu olan triptofanın əsas mənbəyidir.
Zəngin D vitamini, sink, maqnezium və selen qaynağı olan yumurtaları süfrənizdə saxlamaqla da streslə mübarizə apara bilərsiniz.
“Ötən il Azərbaycandan Ümrə ziyarətinə gedən zəvvarların sayı 15 min nəfəri keçib”.
Nazir bildirib ki, dövlət qurumları və özəl sektor tərəfindən həyata keçirilən birgə və bir-birini tamamlayan səylər Azərbaycan Respublikasından olan Ümrə zəvvarlarının sayının artmasına töhfə verib.
Belə ki, zəvvarların sayı 2023-cü ildə 15 380-a çatıb.
“Bu gün mən və həmkarlarım Qafqaz Müsəlmanları İdarəsinin sədri qardaşım şeyxülislam Allahşükür Paşazadə həzrətləri ilə səmərəli və konstruktiv görüş keçirdik.
Burada biz Azərbaycan Respublikasından gələn zəvvar və ziyarətçilərin səfərini asanlaşdırmaq üçün bütün imkanlardan istifadə etmək, habelə bir sıra təşəbbüsləri və tədbirləri müzakirə etdik”, - deyə nazir Taufiq bin Fauzən Əl Rabiə vurğulayıb.
O qeyd edib ki, Bakı ilə Səudiyyə Ərəbistanının şəhərləri arasında birbaşa uçuşların sayı həftədə 20 reysə çatıb:""“Flynas” hava şirkətinin Bakı-Ciddə marşrutu üzrə ucuz qiymətli reysləri artıb”.
İmişlidə qanunsuz olaraq ov edən şəxs aşkarlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti (DİN) məlumat yayıb.
Bildirilib ki, İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı axşam saatlarında Araz çayının rayonun Otuziki kəndi ərazisindən keçən hissəsinin sahilində müvafiq icazə olmadan q...
Həmin şəxsdən bir ədəd ov silahı, həmin silaha aid patronlar, eləcə də qanunsuz olaraq ovlanmış çöl quşları aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı İmişli RPŞ-də araşdırmalar aparılır.
Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində iki nəfər rayon sakini müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
Almaniyanın paytaxtı Berlində solçu “Qırmızı Ordu Fraksiyası” (RAF) partiyasından olan terrorçu Daniela Klette saxlanılıb.
Qeyd olunub ki, qadın Almaniya hüquq-mühafizə orqanları tərəfindən 30 ildən çoxdur axtarılır.
65 yaşlı Klette Kreuzbergdəki yaşayış binasında həbs edilib.
Klette həbs zamanı heç bir müqavimət göstərməyib.
Mənzildə silah-sursat aşkar edilib, başqa adla verilmiş İtaliya pasportu götürülüb.
Klette və digər terroristlər Ernst-Folker Ştaub və Burkhard Qarveq 1993-cü ildə Vayterştadt həbsxanasında partlayış törətməkdə günahkar biliniblər.
Bundan əlavə, Verden məhkəməsi 1990-2016-cı illər arasında törədilmiş bir sıra digər ağır cinayətlərə görə hər üçü barəsində həbs qərarı çıxarıb.
Bunlara bir neçə uğursuz terror hücumu, quldurluq, həmçinin silahlı hücumlar və adam öldürməyə cəhd daxildir.
Kletteyə hansı cəzanın veriləcəyi isə hələlik məlum deyil.
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Ermənilər İrəvanda olan Azərbaycan irsini farslaşdırırlar” adlı veriliş efirə gedib.
Oxu.Az xəbər verir ki, verilişdə ermənilərin İrəvanın keçmişini unutdurmaq üçün bu şəhərin gerçək tarixini İran və ya fars adı ilə təqdim edib böyük tarixi cinayət törətmələrindən bəhs olunub.
Bildirilib ki, erməni vandalları tərəfindən mədəniyyət nümunələrinin göz önündə dağıdılması ilə barışmayanlar da var.
Belə ki, Cənubi Qafqazda münaqişələr kontekstində yaddaş, sərhədlər və şəxsiyyətin yaradılması siyasəti, müstəmləkə və post-müstəmləkə irsinin araşdırması ilə məşğul olan Lilit Gijlaryan Münaqişənin Transformasiyası Təhlili Mərkəzinin layihə meneceridir.
Onun İrəvanın qədim vaxtlardan bəri azərbaycanlıların yaşadığı Firdovsi küçəsi haqqında çıxış və yazıları tarixi gerçəyin etirafı baxımından əhəmiyyətlidir.
Qeyd olunub ki, L.Gijlaryan İrəvan tarixini gizlədən, onu saxtalaşdıran erməni tədqiqatçılarının əməllərini də ifşa edib:""“Onun yazısından bəlli olur ki, İrəvan Gəncə, Şamaxı və digər Azərbaycan şəhərləri kimi, kərpicdən tikilib və eyni formaya malik olub.
1924-cü ildə İrəvanın simasını dəyişmək üçün hər vasitəyə əl atan ermənilər tezliklə tuf daşlı yeni şəhər tikiblər, əsl şəhəri ya torpağın altında, ya da qalın sement qatların içində gizlədiblər, tədricən dağıdıblar.
Bu gerçəyi anlayan erməni alim və araşdırmaçıları Azərbaycan türklərinin izini itirmək üçün bütöv İrəvanın fars, tatar, bəzən də taciklərə aid olması haqqında sərsəm və elmi sübutu olmayan fikirlər yazırlar.
Elə qədimdən azərbaycanlıların yaşadığı, İrəvan xanının da evinin yerləşdiyi küçəyə fars-tacik şairi Firdovsinin adını verməklə İrəvanı fars mədəniyyətinə calamaq, Azərbaycan izini itirmək məkrini güdür”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümu...
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb...
İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
“Xocalı cəlladı” Vitali Balasanyanın Əsgəranda özünə tikdirdiyi villanın görüntüləri yayılıb.
Qarabağdakı separatçı rejimdə “vəzifədə” olmuş Balasanyanın villasının görüntüləri İTV-nin hazırladığı süjetdə yer alıb.
Həmin görüntüləri təqdim edirik:
Bakıda Novruzun ilk çərşənbəsi olan Su çərşənbəsi qeyd olunur.
Yaz fəslinin gəlişini xəbər verən Novruz bayramı ilin başlanğıcı kimi də qəbul edilir.
İlk tonqalın da məhz Su çərşənbəsində yandırılması buzların əriməsi, artıq qışın arxada qalmasının göstəricisidir.
Bu münasibətlə İçərişəhərdə tonqal qalanıb.
Buraya paytaxt sakinləri ilə yanaşı, xarici turistlər də toplaşıblar.
PhotoStock.az-ın sözügedən mərasimdən hazırladığı fotoreportajı təqdim edirik:"""Daha çox foto burada:PhotoStock.az
Türkiyənin tanınmış müğənnisi, dördüncü dəfə ailə həyatı quran 49 yaşlı Ebru Gündeşin toyundan görüntülər yayılıb.
Bununla bağlı sosial şəbəkələrdə paylaşımlar edilib.
Videoda iş adamı Murad Özdemirlə nikah masasına əyləşən sənətçinin evdən çıxdığı anlar və toy karvanının görüntüləri əks olunub.
Cütlük Dubaydakı Türkiyə səfirliyində sadə mərasimlə toy edib.
Qeyd edək ki, iki dəfə evli olan Muradın üç övladı var.
E.Gündeş isə üç dəfə ailə qurub və boşanıb.
Bakıda 16 yaşlı qızın şadlıq saraylarından birində keçirilməsi nəzərdə tutulan toy mərasiminin qarşısı alınıb.
Xezerxeber.az-ın məlumatına görə, həmin restoranın administratoru şifahi olaraq bildirib ki, Sabunçu Rayon İcra Hakimiyyətindən onunla əlaqə saxlanılıb, toyun keçirilməməsi barədə xəbərdarlıq olunub.
Həmin toy qeyri-müəyyən müddətə təxirə salınıb.
Sabunçu Rayon İcra Hakimiyyətindən isə bildirilib ki, məkanın sahibi qızın azyaşlı olduğu haqqında məlumatı olmadığını bildirib.
Bu səbəbdən də Sabunçu rayonu ərazisində yerləşən bütün toy məkanlarına, toy edəcək olan cütlüklərin öncə şəxsiyyət vəsiqələrini təqdim etmələri ilə bağlı göstəriş verilib.
Maraqlıdır, toy edən valideyn uşaqlarının şəxsiyyət vəsiqəsini təqdim etməkdən imtina edərsə, hansısa məsuliyyət tədbiri olacaqmı?
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən (DİN) bildirilib ki, toy məkanının sahibi əgər bəylə gəlindən şəxsiyyət vəsiqəsi tələb etməyibsə, şadlıq evlərini heç bir məsuliyyət gözləmir.
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, hərəkətdə olan minik avtomobili supermarketlərdən birinin yanında dayanan digər avtomobilə dəyib.
Zərbənin təsirindən ikinci avtomobil supermarketin şüşəsinə çırpılıb.
Xəsarət alanlar barədə məlumat yoxdur.